Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

2 3 oyunçunun heyətdə olmaması planlarımızı pozdu Samir Abasov

2 3 oyunçunun heyətdə olmaması planlarımızı pozdu Samir Abasov

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının I turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olan "Şamaxı" 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Komandada yeni mövsümdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiz ki, komandanı mən yığmamışam. Amma deyəsən, bu dəfə iştirak etmisiz. Rza Cəfərov bu mövsümkü komandada yoxdur. Bəzi ekspertlər düşünür ki, ona qarşı haqsızlıq olub...Onun komandadan gedəcəyi də fikirlər var. Rzaya qarşı ədalətsizlik varsa, onun harasında dayanırsız?

- Rza zədəli idi. İki gün bundan qabaq zədə aldı. Sırf buna görə, bu gün heyətdə yox idi. Komandada yox idi. 

- Birinci hissədə rəqibin hücumlarının qarşısında oyunçuların çaşqınlığı hiss edildi. İkinci hissədə isə rəqibin müdafiə xəttini yara bilmədiz. "Neftçi" ötən mövsümdə qaldığı yerdən davam edir. Yanılıram, yoxsa siz sürprizlər edəcəksiz?

- Hamı üçün mövsümün birinci oyunu idi. Çox dəyişiklik edən komanda üçün çox çətindir. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. İki təhlükəli epizod buraxdıq, ikisi də standart vəziyyət. Digər hücumları xatırlamıram ki, komandamız çaşqınlıq yaşasın. "Şamaxı" müdafiədə idi. Rəqibin oyun üslubu budur. Biz də nələrsə edirdik. Epizodlarımız var idi. Futbolçular yaxşı oyun göstərdilər. Yeni gələn oyunçuların çətinliyini anlamalıyıq. Zaman lazımdır. Qələbələr gələ-gələ daha yaxşı olacağıq. Bugünkü oyunda udmaq istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm.

- Narazı qaldığınız məqam hansı idi?

- Olmadı. Mütəxəssislər, azarkeşlər oyunu təhlil edəndə, hansısa oyunçuların oyunun içində qopğdunu deyə bilərlər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından...Sağ və sol vingerlərin sıradan çıxması...Məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı bir cür hazırlaşırsan, 2-3 oyunçunun heyətdə olmaması planlarımızı pozdu.

- Kenan Piriçin qol buraxdığı epizodda mövqe seçiminə narazı qaldınız?

- Piriçə fikirləşirəm ki, oyundan sonra həmin vaxtı deyil ki, irad bildirəsən. Həftə, təhlillər var. Təcrübəlidir, yaxşı və pisi bilir. 

- Bir neçə gün əvvəl demişdişdiz ki, hansı boşluqlar olduğunu desəm menecerlər təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?

- Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım. 

- Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur...

- Keçən dəfə də demişdim, üç yaxşı qapıçımız var. "Neftçi" üçün yaxşıdır. Rəqabət möhkəmlənir. Kapitan məsələsi...Xatırlayırsızsa, dedim ki, bu komandaya ayaq basanda, nə qədər söz-söhbət var idi. Rzanı təyin etdim, bu söhbətlər sakitləşsin. Kapitan məsələsi bir kənara qoyulsun, Futbolumuz danışılsın istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. "Neftçi"nin kapitanı Emindir. Vitse-kapitanları da var. Kapitanların meydanda və meydnadan kənar etdiyi işlərdən çox şey asılıdır. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza digər futbolçular kimi bizim üçün dəyərlidir. 

- İstədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdır? Cari mövsüm bəs edəcək?

- Allah qoysa, edəcək. Məqsəd qoymuşuq..Avrokuboklarda oynamaq istəyirik. Bizim artıq beynimizdə sistem var. Ona görə məşq keçirik. Yaxşı toplanış keçmişik. Gözləmədiyiniz hallar baş verir ki, sıradan çıxır bəzi oyunçular. Xeyrini də görəcəyik.

- Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yox idi iştirak ərizəsində. Bu, onu göstərir ki, onları gözdən çıxarmısız?

- Kimi çıxarmışıq, çıxarmamışıq, bu haqda öz saytımızda elan veriləcəyik. Onlarla gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda informasiya çıxacaq.

- "Neftçi" büdcə və heyəti baxımından "Şamaxı"dan üstündür. Amma qarşıda daha gərgin mübarizə sizi gözləyir. Favorit "Qarabağ" var. İddialıların sayı çoxalıb. Sizcə, "Şamaxı" ilə heç-heçəyə razılaşa "Neftçi" digər güclülərlə bacaracaq? Gücünüz var?

- Əlbəttə, müqavimət göstərməyə gücümüz va. Yaxşı komandamız var. Udmaq əzmi ilə meydana çıxırlar. Uzun marafona girmişik. Bu marafonda yenilgi də olacaq. İstər bizdə, istər dediyiniz komandalarda. Bu, normaldır. Əsas biz öz işimizi görək. 

- İlk turda ikinci hissədə topa nəzarət "Neftçi"də idi. Hücumların davamı cərimə meydançasına qədər gedirdi. Bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsız?

- Hansısa problem üzə çıxırsa, dərhal hansısa oyunçunu gətirməliyik deyə, bir şey yoxdur. Bu probləmlər sezildi. Amma çox sıx oynayan komandaya qarşı yenə də epizod yaratdıq. Qola çevirmək lazım idi. Çalışacağıq ki, bunları da düzəldək. Biz ilk hissədə qol vursaydıq, fikrimcə, oyun tam başqa məcrada keçəcəkdi.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Avqust 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri