Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

2 3 aydan bir dəyişilən məşqçilərlə düzələsi deyil Samir Abasov

2 3 aydan bir dəyişilən məşqçilərlə düzələsi deyil Samir Abasov

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Neftçi"nin baş məşqçsi Samir Abasov Misli Premyer Liqasının 19-cu turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında futbolçularının istəksiz olması fikrinə münasibətini bildirib: 

"Əvvəlcə onu deyim ki, qalibiyyət üçün çıxmışdıq və bunun üçün hər şey edirdik. Ümidli idik və yaxşı motivasiya ilə çıxmışdıq. Yadınızdadırsa, Qəbələm toplanışında "Neftçi TV"yə müsahibə verdim. Orada qış toplanışının möhtəşəm keçdiyini vurğuladım. Ondan sonra da bu oyuna çox ümidli çıxmışdıq. Açığı, bu gün məğlub olsaydıq, deməyə söz tapmazdım. Amma inanmıram ki, futbolçular çəkinirdilər. Əksinə, düşünürəm ki, qol buraxandan sonra vurursansa, daha ruhlanırsan. Bəzi oyunçularda bu sezilə bilər. Biz nə qədər də qabağa atılmaqlarını istəsək, bunların fiziki gücləri, edə biləcək şeylər var. Futbolçu bunu hiss edir. Deməzdim ki, onlar qələbə qazanmaq istəmirdilər və ya 1 xal üçün oynayırdılar. Sadəcə biz onların yanında olmalıyıq ki, bilək, həmin anda nələri hiss edirdilər. 

Bəzi futbolçularda qorxu ola bilər. Bəlkə, bura qədər məğlub olduqlarımız anlar ağıllarına gəlib. Bu haqda hələ onlarla danışmamışam, amma, düşünürəm, maraqlı oyun oldu. Qol epizodları çox olmasa da futbolçularım sağ olsunlar. İşimiz həddindən artıq çoxdur. Oyunun içində nizam-intizamı düzəltmək, psixoloji məqamları aradan qaldırmaq, "Neftçi" adına hücum etmək... Bu işlərimizin əhatəsi böyükdür. Bunlar bir neçə günlə düzəlməyəcək. Amma bugünkü oyunda olan intizama görə minnətdaram. Kimin harada olmağı lazımdırsa, edirdilər. Bizim rəqibə çox qol epizodları verməməyimiz də yaxşı məqamdır. Əvvəlki oyunlarda daha çox zərbələr və qollar olurdu qapımıza. Pis tərəfimiz odur ki, hücumlarda daha da kəsərli olmalıyıq. Aradan qaldıracağıq. İşimizi bugünkü və ya gələn həftə olacaq oyunlara bağlamıram. Uzun müddət gördüyümüz iş keçməlidir ki, problemlər düzəlsin və futbolçular tempə dözsünlər, oyunu diktə etsinlər. Buna nail olmaq üçün fiziki gücün, genetikan - hər şeyin yerində olmalıdır. Bu gün bu problemləri aradan qaldıra bilmədiksə, sabah edəcəyik". 

Mütəxəssis qeyd edib ki, qış toplanışında yoxlama oyunlarının keçirilməməsi problemlərə təsir olmayıb: "Qış toplanışına qədər 18 oyun oynayan komandada bu problemlər düzəlməyibsə, 2 yoldaşlıq görüşü ilə də düzələn deyil idi. Yoldaşlıq görüşlərini niyə oynamadığımızı demişdim, planlar üst-üstə gəlməmişdi. Amma biz hər şeyi həmin toplanışa bağlayırıqsa, komandadan razıyam. Orada işlədiyimiz bir çox şeyi bu gün görə bildik. Bu cür problemlər yoldaşlıq görüşləri ilə düzələn deyil. Qələbə qazanmalısan ki, özünə güvənin qayıtsın, daha da rahat oynayasan. Bu gün rəqibin yaratdığı epizodları analiz etsək görəcəyik ki, onlar biz özümüz verdiyimiz toplardan sonra olub. Bu, oyunçular rahat olsalar və təzyiqə öyrəşsələr düzələcək. Amma öyrəşməyiblər. Biz bunların hamısını keçməliyik. Vəziyyətin düzələcəyinə inanıram". 

Samir Abasov "Rəhbərliyə komandanın yaxşılaşması ilə bağlı müəyyən qədər vaxt demisiniz?" sualına belə cavab verib: 

"Mənə müəyyən qədər vaxt lazım olduğunu rəhbərliyə deməmişəm. Bu klubda futbolu anlayan tək mən deyiləm. Elə bir şey yoxdur ki, mən deyən düzdür. Demək istəyirəm ki, onlar da çox yaxşı anlayırlar və vəziyyəti başa düşürlər. Biz də onları başa düşməliyik ki, "Neftçi"də olan bu qədər məşqçi dəyişikliyi yaxşı oyuna nail olmaq üçün edilmişdi. Hamı istəyir ki, komandası yaxşı oynasın, mən də istəyirəm. Amma bəzən kimdəsə alınmır. Məsələn, mənə "Dominant "Neftçi"ni nə vaxt görəcəyik?" sualını verən insanlar öz verilişlərində, mən olmayanda futbolçularımdan hər söz deyirlər. Hərəsi üçün bir şey deyirlər, kimsə üçün müəyyən tərzdə oynaya bilmədiyini deyirlər. Əgər bunları siz özünüz deyirsinizsə, dominant oyunu necə qura bilərik? Demirəm ki, onların futbolçularım haqda dedikləri düzdür. Amma sadəcə belə sual yaranır onların sözlərinə.

Dominant futbol oynamaq üçün uzun proses getməlisən. Bu da kökə, ilin əvvəlindən gördüyün işə bağlanır. Komanda kimi möhkəm dayana bilməlisən. Ondan sonra bilinəcək ki, bu, "Neftçi"nin oyunudur. Bugünkü oyunu yaxşı oyuna bağlayırıqsa, mənim narazı olduğum şeylər var. Daha çox şeyləri tələb edirik. Tələb edəndə də, anlamaq lazımdır ki, hazırkı məqamda bu futbolçu bunu edə bilərmi? Gəlin açığı danışaq. Bizdən yuxarıda yerləşən komandalar bir-biriləri ilə oynayanda hansı dominant oyun göstərir? "Qarabağ" çıxmaq şərti ilə, çünki orada artıq sistem var. Digər klublar isə hansısa matç yaxşı oynaya bilər. Amma kimdir dominant? Nəyə dominant deyirsiniz? Mən anladığım dominant futbolu bir günlə düzələn deyil. Dominant oynamaq üçün kökün olmalıdır. O qədər yaxşı komanda qurmalısan ki, bura gələn bilsin ki, sənin oyunundur. Bu da 2-3 aydan bir dəyişilən məşqçilərlə düzələsi deyil". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Yanvar 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri