Dilarə Kazımova DJ oldu
Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avroviziya təmsilçimiz Dilarə Kazımova uzun müddətdir anonsunu verdiyi yeni musiqi layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi “Running”, “PUL”, “Dəli”, “Xarizma” və “Zəng-zəng” adlı mahnılarını yeni remiks versiyalarında dinləyicilərə təqdim edib. Layihədə DJ Hafex, DJ Vugarixx, DJ N.E.Z və almaniyalı DJ Jojo iştirak ediblər. “PUL”un yeni versiyası Fidan Aliva, “Dəli”nin remiksi isə Dilarə Kazımova tərəfindən hazırlanıb.
Beş kompozisiyanı bir araya gətirən “Remix Set (Medley)” adlı ekran işi xüsusi vizual konsepsiya əsasında ərsəyə gəlib. Layihənin ideyası Dilarə Kazımovaya məxsusdur. Klipin rejissorluğunu isə müğənni özü “Toxy-Foxy” yaradıcı heyəti ilə birlikdə həyata keçirib.
Ekran işi üçün xüsusi məkan seçilib, fərqli obrazlar hazırlanıb və vizual estetika əsas diqqət mərkəzində saxlanılıb. Dilarə klipdə DJ obrazında iki fərqli geyimdə kamera qarşısına keçib. Ekran işində sənətçinin dostları da yer alıblar. Hər zaman tərzi ilə diqqət çəkən sənətçinin klipdəki stili üzərində özü və Jalə Bağırova çalışıb.
Yeni layihəsindən danışan Dilarə Kazımova bunu yaradıcılığında növbəti yenilik kimi dəyərləndirib. O, Azərbaycanın ilk proqressiv ritmik janrlı layihəsi kimi təqdim etdiyi “Remix Set (Medley)”in dinləyicilərə noyabrın yağışlı günlərində xoş əhval bəxş edəcəyinə ümid etdiyini bildirib.
Sənətçi beş mahnının hər birinin özünəməxsus fərqliliyi olduğunu vurğulayaraq layihənin bütün rəqəmsal musiqi platformalarında əlçatan olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Noyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















