2 nömrəli məktəbinin şagirdləri Sumqayıtın sahilyanı ərazilərində iməclik ediblər FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“Abşeron rayonu Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbinin şagirdləri ilə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində sahilyanı ərazidə əsl ekoloji həmrəylik nümayiş etdirdik”.
APA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.
Deputat qeyd edib ki, Sumqayıt şəhəri sahilyanı ərazisinin tullantılardan təmizlənməsi aksiyasının əsas məqsədi Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə töhfə vermək, ərazilərin məişət tullantılarından təmizlənməsini təmin etmək, ətraf mühitin qorunması və ictimai şüurun artırılması istiqamətində məktəbliləri maarifləndirməkdir.
“Uşaqların böyük həvəslə bu işdə iştirak etməsi göstərdi ki, gələcəyimiz olan gənc nəsil təbiətə biganə deyil. Biz inanırıq ki, bu kimi aksiyalarla həm ekoloji şüur formalaşacaq, həm də hər bir uşaq ətraf mühitin qorunmasında özünü məsuliyyətli vətəndaş kimi hiss edəcək”, - deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 09 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















