20 ci mərtəbəyə qədər uçurlar: Quduzluq daşıyıcısı olan yarasalar Moskva sakinlərini qorxuda saxlayırlar
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Rusiyanın Moskva vilayətində sakinlər quduzluq daşıyan yarasaların hücumlarından əziyyət çəkirlər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Baza" "Telegram" kanalı yayıb.
Bildirilir ki, yüzlərlə sakin açıq pəncərələrdən evlərinə daxil olan yarasaların qəfil hücumlarından şikayətlənir. Ən çox hadisə meşə yaxınlığında yerləşən yaşayış komplekslərində qeydə alınır. Bildirilir ki, yarasalar, hətta 20-ci mərtəbəyə qədər uça bilirlər.
Qeyd olunur ki, yarasalar və onların dişləməsi insan üçün təhlükəlidir. Bu heyvanlar ölümcül yoluxucu xəstəlik olan quduzluğun daşıyıcılarıdır.
Ekspertlərin sözlərinə görə, hazırda bu məməlilərin qış yuxusuna hazırlaşdıqları dövrdür və bu proses mart ayına qədər davam edəcək. Onlar anabioza düşmək üçün isti və gizli yerlər axtarırlar. Rahat qış yuxusu üçün yarasalara qaranlıq və müsbət temperatur lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















