Icma.az
close
up
RU
İdman yalnız bədəni deyil, cəmiyyətin dəyərlərini də formalaşdırır ŞƏRH EDİLDİ

İdman yalnız bədəni deyil, cəmiyyətin dəyərlərini də formalaşdırır ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"İdman uzun illərdir ki, cəmiyyət tərəfindən əsasən fiziki güc, sağlam bədən və yarış nəticələri prizmasından qiymətləndirilir. Halbuki idmanın cəmiyyət üçün rolu bununla məhdudlaşmır. İdman eyni zamanda güclü tərbiyəvi funksiyaya malik sosial institutdur və fərdin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, idman insana intizam və məsuliyyət aşılayır: "Daimi məşq, rejimə riayət, vaxtın düzgün bölüşdürülməsi idmanla məşğul olan şəxsin gündəlik həyatına da sirayət edir. Bu xüsusiyyətlər cəmiyyət üçün daha məsuliyyətli və öz öhdəliklərini dərk edən fərdlərin yetişməsinə zəmin yaradır. İdman həm də ədalət və qayda anlayışını formalaşdırır. Qaydalar çərçivəsində mübarizə aparmaq, hakim qərarlarını qəbul etmək və uduzmağı mədəni şəkildə qarşılayıb nəticə çıxarmaq insanın psixoloji yetkinliyini artırır. Bu davranış modelləri sonradan sosial münasibətlərdə də özünü göstərir. Komanda idman növləri isə əməkdaşlıq, qarşılıqlı hörmət və birgə məsuliyyət hissini gücləndirir. Fərd anlayır ki, şəxsi uğur çox vaxt kollektivin uğurundan asılıdır. Bu isə eqoist yanaşmanın azalmasına, empati və sosial uyğunlaşmanın artmasına səbəb olur.

Eyni zamanda, idman gənclər üçün sağlam həyat tərzinin təbliği baxımından mühüm rol oynayır. İdmanla məşğul olan gənclər zərərli vərdişlərdən uzaq durmağa, enerjilərini müsbət istiqamətə yönəltməyə daha meyilli olurlar. Bu da cəmiyyətin ümumi sosial sağlamlığına müsbət təsir göstərir. Nəticə etibarilə, idman yalnız fiziki fəaliyyət deyil, eyni zamanda dəyərlər sistemi formalaşdıran güclü tərbiyə vasitəsidir. Bu potensialdan düzgün istifadə edildikdə, idman daha sağlam, məsuliyyətli və sosial cəhətdən balanslı cəmiyyətin qurulmasına real töhfə verə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri