Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

20 dən çox amerikalı ya itkin düşüb, ya da ruslar tərəfindən öldürülüb

20 dən çox amerikalı ya itkin düşüb, ya da ruslar tərəfindən öldürülüb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ukraynadakı müharibədə 20-dən çox amerikalı itkin düşüb. Buna paralel olaraq, son 6 ayda Ukraynanı müdafiə edərkən öldürülən əcnəbilərin sayı kəskin artıb.
Reyting.az
xəbər verir ki, bu barədə CNN telekanalının araşdırmasında bildirilir.
Məlumata görə, son altı ayda Ukrayna ordusu sıralarına qoşulan azı 5 amerikalı könüllünün cəsədini döyüş meydanından götürmək mümkün olmayıb. Bu yaxınlarda uzun danışıqlardan sonra onlardan ikisinin cəsədi Rusiyanın işğal etdiyi ərazilərdən repatriasiya edilib.
Ukraynanın şərqində cəbhə xəttində gedən döyüşlərin intensivliyi o deməkdir ki, həlak olan əsgərlərin cəsədlərini çox vaxt döyüş meydanından çıxarmaq mümkün olmur.
Telekanal sentyabrın sonunda Ukraynanın şərqində - Pokrovsk yaxınlığında baş vermiş insidentdə ölən iki amerikalı könüllü haqqında məlumat yayıb. Onların cəsədləri tapılmayıb. Keçmiş ABŞ əsgəri, 25 yaşlı Zaxari Ford və başqa bir amerikalı Donetskdə, Novoqrodovka kəndi yaxınlığında körpünü partlatmaq missiyasını yerinə yetirərkən öldürülüblər.
Sağ qalan və kod adı Redneck olan amerikalı deyir ki, üç amerikalı könüllüdən ibarət qrup tez bir zamanda hədəfləri olan körpünün təxminən 500 metrliyindəki xəndəkdə Rusiya atəşi ilə sıxışıb qalıb. Daha sonra rusların hücumu başlayıb, nəticədə bəzi ukraynalı əsgərlər həlak olublar.
O, Fordun yaralandığını və ona turniket verildiyini xatırladıb, lakin Zaxari “bir daha hücumdan sağ çıxmayacağını bilib”. Redneckdən onu öldürməsini istədikdə, sonuncu imtina edib: “Fordun ölməzdən əvvəl son arzusu Günəş işığını görmək idi. Başını qapıya söykədim ki, çölə baxıb Günəşi görsün”.
Redneck artıq ABŞ-dadır. O, bölməsinin ərazidən evakuasiya edildiyini və daha sonra Ford və Günterin cəsədlərinin dron görüntülərini gördüyünü söyləyib. Onların döyüşdüyü ərazi indi Rusiyanın nəzarətindədir.
Qeyd edək ki, həlak olan amerikalıların geri qaytarılması mürəkkəb prosesdir. Ukrayna Daxili İşlər Nazirliyinin itkin düşmüş şəxslər üzrə komissarı Artur Dobroserdov 20-dən çox amerikalının itkin düşmüş hesab edildiyini təsdiqləyib. O, əlavə edib ki, qalıqların hər hansı bir hissəsi yalnız onların hamısı müəyyən edildikdən sonra repatriasiya üçün buraxıla bilər.
Ukraynada amerikalı könüllülər arasında ölənlərin dəqiq sayı məlum deyil. Kiyevdə yaşayan və əcnəbilərə qohum tapmaqda köməklik göstərən “RT Weatherman Foundation” qeyri-kommersiya təşkilatında çalışan amerikalı Lauren Guillaume hesab edir ki, ölən və itkin düşən əcnəbilərin sayının artması onların ehtiyac duyulan çətin cəbhə bölgələrinə göndərilməsilə bağlıdır: “Biz xarici operatorların mühüm nəticələr verən çox mürəkkəb, yüksək riskli əməliyyatlarda boşluqları doldurduğunu görürük. Onların həyatları və fədakarlıqları əbəs deyil”.
V. QULİYEV

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://reyting.az
archiveBu xəbər 31 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri