Icma.az
close
up
RU
20 dən çox platforma operatoru 5000 manat cərimələnib

20 dən çox platforma operatoru 5000 manat cərimələnib

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İctimai iaşə obyektləri operatorlarla müqavilə bağlayanda həmin müqavilənin “HoReCa” sistemini, yəni otel, restoran, kafe və digər ictimai iaşə məkanlarını əhatə etməsinə əmin olmalıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev apa-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, çünki operator hər hansı televiziya kanalını retranslyasiya edirsə, bu istiqamətdə hüquq əldə edibsə, adi qaydada bu son istifadəçilərə (abonentlərə) aid olur.

“İctimai iaşə obyektlərində retranslyasiya isə ayrıca müqavilə ilə tənzimlənir. Burada məsuliyyəti ictimai iaşə obyekti deyil, ona retranslyasiya xidmətini təqdim edən operator daşımalıdır, çünki müqavilə bağlananda operator həmin iaşə obyekti ilə həmin obyektin xarakterinə uyğun müqavilə bağlamalıdır”, - Taleh Quliyev ictimai iaşə obyektlərində pirat yayım vasitəsilə futbol üzrə klublararası dünya çempionatının yayımlanmasına münasibət bildirərkən deyib.

Audiovizual Şuranın rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası ərazisində futbol üzrə klublararası dünya çempionatının yayımı həmin çempionatın yayımını müstəsna yayım hüququ ilə əldə etmiş yayımçılar tərəfindən həyata keçirilirdi. Belə ki, ictimai iaşə obyektlərində bu çempionatın yayımı həmin ictimai iaşə obyekti ilə Audiovizual Şura tərəfindən lisenziya verilmiş platforma operatoru arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin operator tərəfindən retranslyasiya edilə bilərdi: “Əgər hər hansı ictimai iaşə obyekti Audiovizual Şura tərəfindən verilmiş lisenziyaya malik olmayan platforma operatoru ilə müqavilə bağlamadan retranslyasiya xidmətini özü təşkil edirsə, bu halda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa - görə Audiovizual Şura tərəfindən aidiyyəti qurumlara müraciət olunur”.

Taleh Quliyev diqqətə çatdırıb ki, pirat yayımlara qarşı mübarizə sahəsində son illər Audiovizual Şura tərəfindən mühüm addımlar atılmaqdadır: “İlk növbədə xaricdən internet üzərindən yerli bazara daxil olan operatorlara qarşı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb və 20-ə yaxın xarici operatorun internet informasiya ehtiyatlarına müraciəti məhkəmə qərarı ilə məhdudlaşdırılıb”.

Taleh Quliyev onu da qeyd edib ki, Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən operatorların paketlərində həmin operatorun retranslyasiya etməyə hüququ olmayan televiziya kanallarının yayımlanmasının qarşısının alınması istiqamətində də zəruri işlər aparılır.

Növbəli şəkildə aparılan monitorinqlər nəticəsində 20-dən çox platforma operatoruna “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması faktına görə barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq rayon (şəhər) məhkəmələrinə təqdim olunub, məhkəmələr tərəfindən həmin operatorların hər biri 5000 manat məbləğində cərimə edilib. Hazırda da bu proses davam edir. Son 1 ayda daha 3 operator barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq rayon (şəhər) məhkəmələrinə təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see395

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see271

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see262

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see262

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see258

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see256

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see255

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see253

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see252

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see240

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see234

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see232

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see231

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see230

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see230

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see229

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see229

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see228

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri