20 ildə şəhər məktəblərinin müəllimləri 10 min nəfər azalıb
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda şəhər yerlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı son 20 ildə təxminən 10 min nəfər azalıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumaya görə, 2005–2006-cı tədris ilində şəhər ümumtəhsil müəssisələrində əsas heyət üzrə 87 min 782 müəllim çalışdığı halda, 2024–2025-ci tədris ilində bu göstərici 78 min 107 nəfərə düşüb. Beləliklə, son 20 ildə müəllimlərin sayı 9 min 675 nəfər azalıb.
Statistika göstərir ki, müəllimlərin sayında azalma fonunda şəhər məktəblərində təhsil alan şagirdlərin sayı artıb. Belə ki, 2005–2006-cı tədris ilində şəhər məktəblərində 833 min 500 şagird təhsil aldığı halda, 2024–2025-ci tədris ilində onların sayı 1 milyon 98 min 432 nəfərə yüksəlib.
Eyni dövrdə şəhər ümumtəhsil müəssisələrinin sayı da 1156-dan 1261-ə çatıb. Liseylərin sayı 62-dən 120-yə, gimnaziyaların sayı isə 6-dan 30-a yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 28 İyul 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















