Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 noyabr, AZƏRTAC
Suriyanın təhlükəsizlik qüvvələri Homs şəhərində neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində hücumu planlaşdıran şəxslər saxlanılıb. Onlardan intihar jiletləri, əldəqayırma partlayıcı qurğular, elektron avadanlıqlar və zavodun ətraflı xəritələri müsadirə edilib. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri arasında itki qeydə alınmayıb.
Hadisədən sonra ölkədəki bütün enerji obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, Homs neft emalı zavodu Suriyanın neft məhsulları ilə təminatında mühüm rol oynayır. Həmin gün Deyr əz-Zor əyalətində İŞİD terror qruplaşmasının özəyinə qarşı keçirilən əməliyyat zamanı da bir neçə silahlı zərərsizləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 02 Noyabr 2026 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















