“20 ildir “polis”lik edirik, amma nüfuzumuz onlarınkı qədər deyil” Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İllərdir Türkiyədə yayımlanan “Arka sokaklar” serialında Rza baba obrazına həyat verən Zafer Ergin son zamanlar reytinqlərdə ilk yerləri tutan mafiya layihələrini üstüörtülü şəkildə tənqid edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor reytinqlərin bu cür olmasını tamaşaçıların istəyi ilə əlaqələndirib.
“Bəzi telekanallar xüsusilə mafiya seriallarına üstünlük verir. Yəqin ki, xalqın da istədiyi budur. 20 ildir problemləri həll etmək məqsədilə “polis”lik edirik, amma nüfuzumuz onlarınkı (mafiya seriallarının aktyorları - red.) qədər deyil”, - Z.Ergin söyləyib.
Qeyd edək ki, “Rza baba”nın bu açıqlaması ilə “Eşref Rüya” (“Kanal D”) və “Yeraltı” (NOW TV) seriallarına eyham vurduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 18 Fevral 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















