Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

20 milyon manat pulu ölkəyə qaytarmayanlar saxlanılıb ADLAR Xəbər saytı Son xəbərlər və Hadisələr

20 milyon manat pulu ölkəyə qaytarmayanlar saxlanılıb ADLAR Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd təsərrüfatı məhsullarının ixracından gələn 20 milyon manata yaxın pulu Azərbaycana qaytarmayan şəxslər müəyyən edilib

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə "SOİL BOONS" MMC tərəfindən ümumilikdə 6.9 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 11.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Cahangir Alim oğlu, Hacıyev Elyar Taryel oğlu, Mirzəmədov Mehman Əjdər oğlu, Qəbilov Saleh Rza oğlu və Əliyev Alı Cahangir oglu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Bundan başqa Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə fiziki şəxs Qurbanov Elxan Sabir oğlu tərəfindən ümumilikdə 3.8 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 6.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Elxan Sabir oğlu və Xalıqov Fuad Elşad oğlu iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Əlavə olaraq Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə "Roksa" və "Betta Advertising Media" MMC-lərin direktorları Nəcəfov Samir Afət oğlu və Qasımov Rəfayıl Qasım oğlu tərəfindən ümumilikdə 69 min ABŞ dolları (müvafiq dövrün məzənnəsi ilə 118 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən S.Nəcəfov və və R.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində axtarış elan edilib.

Bundan başqa Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə xaricə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edən fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 3.8 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən B.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Rusiya Federasiyasına meyvə və tərəvəz ixrac edən (fiziki şəxs) Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən ümumilikdə 516 min ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 878 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Q.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see134

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri