Icma.az
close
up
RU
20 noyabr: “Bu gün ağdamlıların bayramıdır”

20 noyabr: “Bu gün ağdamlıların bayramıdır”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Ağdamın işğaldan azad olunmasının üzərindən 5 il keçir.

2020-ci ilin 20 noyabr tarixində Ağdam şəhəri müharibəsiz şəkildə Azərbaycana geri qaytarıldı. Bu, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticəsi idi. 

Üstəlik, bu gün ağdamlıların bayramıdır. Belə ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən hər ilin 20 noyabrı Ağdam Şəhəri Günü kimi müəyyən olub və hər il qeyd olunur.
Erməni vandallığı nəticəsində “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam haqqında demişdi:

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

Azad Vətən Partiyasının sədri, ağdamlı siyasətçi Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün bütün ağdamlıların bayramıdır:

“Şükürlər olsun ki, Ağdamın işğaldan azad olunması gününü də gördük. Düşmən Ağdamı məhv etməyə və yer üzündən silməyə çalışırdı. Ermənilər bu şəhərin bir daha əsla bərpa olunmamasını istəyidirlər.

Yəni ən ağır zülm Ağdama edilmişdi. Hətta obrazlı şəkildə Ağdamı “ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” adlandırırdılar. Sanki ermənilər bu şəhərdən intiqam alırdılar. O cür ağır və dəhşətli vəziyyətə salmışdılar”.

Partiya sədri Ağdamda aparılan quruculuq işlərindən də danışıb:

“2021-ci ilin mart ayında Ağdama ilk birgə səfər olundu. Mən də həmin heyətdə iştirak edirdim və Ağdamın vəziyyətini ilk görənlərdən biri oldum. Ağdamda hər şey dağıdılmışdı. Bir dənə belə salamat yer qalmamışdı. 

İnsan fikirləşirdi ki, həqiqətənmi bu xarabalıqdan yenidən şəhər düzəltmək olar? Şükürlər olsun ki, Ağdam yenidən quruldu. 
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi planı sayəsində bütün işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işləri gedir. O işlər çərçivəsində Ağdam da yenidən gözəl şəhərə çevrilib. Ağdamın müharibəsiz azad olunmasında və onun qurulmasında da cənab Prezidentin xüsusi xidməti var.

İlham Əliyev bütün vəzifələri qarşıya düzgün qoydu və hamısı tam şəkildə icra olundu. Üstəlik, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan özü birbaşa prosesə rəhbərlik etdi”.

Akif Nağı Ağdama köçmək istədiyini də etiraf edib:

“Ağdam bizim üçün xüsusi statusa malik olan şəhərdir. Hər kəs öz yurdunu çox sevir. Ağdamlıların Ağdama xüsusi bir münasibəti var. Bu, heç nə ilə müqayisə oluna bilməz. Hazırda Ağdama insanlar qayıtmağa davam edirlər. 

Şəhər çox tezliklə mövqeyini bərpa edəcək və əvvəlkindən də yaxşı olacaq. Bəlkə də çox sürətlə Azərbaycanın ikinci şəhərinə çevriləcək. Bütün bunlar hər birimizi sevindirir. Ağdam Şəhəri Günü ilə də hamımız fəxr edirik. 

Mən köçkün kimi Ağdamı tərk etməmişəm, 1974-cü ildən Bakıda yaşayıram. Lakin qardaşlarım məcburi köçkün kimi Ağdamdan çıxarılıblar. Böyük məmmuniyyətlə, qayıdıb Ağdamda yaşayacağam.

Hər bir insan nə vaxtsa öz yurduna qayıtmalıdır. İndi təhsil və siyasətlə bağlı Bakıda işlərimiz var. Ancaq müəyyən məqam gələndə Ağdama qayıdacağam. Qardaşlarım köçərək ata evimizi bərpa edəcəklər, mən də Bakıdakı işlərimi bitirdikdən sonra öz yurduma qayıdacağam”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Ağdam Ağdamlı Akif Nağı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri