Icma.az
close
up
RU
20 Yanvar 1990 cı il Azərbaycan tarixində qanla yazılan qəhrəmanlıq səhifəsi MƏQALƏ

20 Yanvar 1990 cı il Azərbaycan tarixində qanla yazılan qəhrəmanlıq səhifəsi MƏQALƏ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şərəfli günlərindən biridir. Bu tarix xalqımızn yaddaşında Qanlı Yanvar kimi həkk olunmuş, sovet totalitar rejiminin əsl mahiyyətini bütün dünyaya göstərmişdir.

1980-ci illərin sonlarında SSRİ-nin zəifləməsi fonunda Azərbaycanda milli-azadlıq hərəkatı güclənmişdi. Xalq öz hüquqlarını tələb edir, keçmiş “Dağlıq Qarabağ”da baş qaldıran erməni separatizminə qarşı etiraz aksiyaları keçirir, respublikanın suverenliyinin qorunmasnı istəyirdi. Bakı və digər şəhərlərdə keçirilən kütləvi mitinqlər sovet rəhbərliyini ciddi narahat edirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, bilavasitə Mixail Qorbaçovun imzaladığı qərar əsasında Bakıya və Azərbaycanın bəzi bölgələrinə çoxsaylı sovet ordusu hissələri yeridildi. Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi və DTK tərəfindən planlaşdırılmış, lakin son siyasi razılığı və məsuliyyəti Qorbaçov daşıyırdı.Qorbaçovun rolunu ağırlaşdıran əsas məqamlardan biri, fövqəladə vəziyyət elan olunmadan, dinc əhaliyə xəbərdarlıq edilmədən həyata keçirilən bu hərbi cinayət əməliyyatı nəticəsində tanklar və ağır texnikalar şəhərə daxil oldu. Bu beynəlxalq hüquqa və SSRİ Konstitusiyasına zidd idi. Dinc və silahsız əhaliyə qarşı ağır silahlardan istifadə edilməsi faciənin miqyasını daha da böyütdü. Evlərə, maşınlara, təcili yardım avtomobillərinə belə mərhəmət göstərilmədi. Rəsmi məlumatlara görə 20 Yanvar hadisələri zamanı 130-dan çox dinc sakin həlak olmuş, yüzlərlə insan yaralanmış, çox sayda şəxs həbs edilmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlar və yaşlılar da vardı. Bu qırğın sovet rejiminin öz vətəndaşlarına qarşı törətdiyi amansız, qəddar, ağır cinayət idi. Sovet ittifaqı rəhbərliyinin bu qırğını törətməkdə əsas məqsədi, Azərbaycan xalqının milli- azadlıq ruhunu sındırmaq, müstəqillik arzusunu boğmaq idi.

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, bu hadisə milli azadlıq ruhunu daha da gücləndirdi və müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi. Xalq başa düşdü ki, azadlıq yalnız mübarizə və qurbanlar hesabına qazanılır. Məhz bu faciədən sonra Azərbaycanın SSRİ-dən ayrılmaq iradəsi daha da möhkəmləndi və 1991-ci ildə dövlət müstəqilliyi bərpa olundu.

20 Yanvar şəhidləri Azərbaycanın azadlığı uğrunda canlarından keçən qəhrəmanlardır. Onlar Bakıda Şəhidlər Xiyabanında dəfn edilmiş, bu məkan xalqımız üçün müqqəddəs ziyarətgah olmuşdur.

20 Yanvar 1990-cı il təkcə faciə deyil, həm də Azərbaycan xalqının əyilməzliyinin, azadlıq əzminin simvoludur. Bu gün biz müstəqil dövlətdə yaşayırıqsa, bu məhz 20 Yanvar şəhidlərinin qanı bahasına mümkün olmuşdur. Onların xatirəsi qəlbimizdə daim yaşayacaq.

Qloballaşma və Milli Həmrəylik İB-nin sədri Həsən Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri