Icma.az
close
up
RU
“20 yanvar 1990 cı il: Misilsiz fədakarlığın və qəhrəmanlıq salnaməsinin 35 ci ilində”

“20 yanvar 1990 cı il: Misilsiz fədakarlığın və qəhrəmanlıq salnaməsinin 35 ci ilində”

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə “20 yanvar 1990-cı il: Misilsiz fədakarlığın və qəhrəmanlıq salnaməsinin 35-ci ilində” mövzusunda əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhman Hüseynov və başqaları qeyd ediblər ki, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Çıxışlardan sonra rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Ümumilikdə 47 nəfərin iştirak etdiyi rəsm müsabiqəsində birinci yerə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin şagirdi Turan İbrahimov, ikinci yerə 238 saylı tam orta məktəbin şagirdi Sevda Məmmədli və 61 saylı tam orta məktəbin şagirdi Alina Muxametşina, üçüncü yerə isə 251 saylı tam orta məktəbin şagirdi Səhər Əhədli, 12 saylı tam orta məktəbin şagirdi Məryəm Hümbətli və Kimya-biologiya təmayüllü respublika liseyinin şagirdi Bətül Mustafazadə layiq görülüblər.

73 nəfərin iştirak etdiyi inşa müsabiqəsində isə birinci yerin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Zeynəb Əliməmmədova, ikinci yerin qalibləri 201 saylı tam orta məktəbin şagirdi Səma Cəfərova və 32 saylı tam orta məktəbin şagirdi Vaqif Vəlibəyli, 272 saylı tam orta məktəbin şagirdi Fidan Həsənova, Aygül Ağayeva və 1saylı uşaq evinin sakini Aysun Piroğlanova olublar.

Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub. 108 müsabiqə iştirakçısı isə həvəsləndirici sertifikatlarla təltif edilib.

Qeyd edək ki, YAP Nizami rayon təşkilatı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar sosial aksiya da keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri