Icma.az
close
up
RU
20 Yanvar: faciədən azadlığa milli yaddaşın qəhrəmanlıq salnaməsi ŞƏRH

20 Yanvar: faciədən azadlığa milli yaddaşın qəhrəmanlıq salnaməsi ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə qanlı və faciəli bir hadisə kimi deyil, eyni zamanda milli taleyimizin müəyyənləşdiyi, xalqın azadlıq və müstəqillik iradəsinin bütün dünyaya nümayiş olunduğu mühüm bir mərhələ kimi qiymətləndirilir. Bu tarix XX əsrin sonlarında sovet imperiyasının mahiyyətini – zorakılığa, təzyiqə və xalqların iradəsinin tapdalanmasına əsaslanan totalitar bir sistemin iflasını açıq şəkildə üzə çıxardı. 1990-cı ilin yanvarında Bakıya və respublikanın digər bölgələrinə yeridilən sovet ordusunun dinc əhaliyə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində yüzlərlə günahsız insan həlak oldu, minlərlə vətəndaş yaralandı. Qadınların, uşaqların, yaşlı insanların gülləbaran edilməsi, şəhər küçələrində tankların hərəkəti, fövqəladə vəziyyət elan olunmadan əvvəl başlayan qırğınlar bu əməliyyatın “ictimai asayişin bərpası” adı altında ört-basdır edilməyə çalışılan, əslində isə milli iradəni boğmağa yönəlmiş siyasi təcavüz olduğunu sübut edirdi.

Bu faciə yalnız insan itkisi ilə ölçülmür. 20 Yanvar hadisələri Azərbaycan xalqının mənəvi dünyasında dərin iz buraxdı, milli şüurun formalaşmasında həlledici rol oynadı. Həmin gecə xalqımız imperiya qorxusunu aşdı, azadlıq uğrunda ölümə belə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Silahsız insanların tankların qarşısına çıxaraq öz etirazlarını bildirməsi, şəhərin müxtəlif nöqtələrində barrikadalar qurulması, yaralılara yardım göstərilməsi, şəhidlərin izdihamla dəfn olunması milli həmrəyliyin və vətənpərvərliyin ən yüksək təzahürü idi. Bu hadisələr göstərdi ki, Azərbaycan xalqı artıq öz taleyini özü müəyyənləşdirmək gücünə malikdir və heç bir zorakılıq bu iradəni sındıra bilməz.

20 Yanvar gecəsi tökülən qanlar müstəqilliyə aparan yolun bünövrəsini qoydu. Həmin gün Azərbaycan xalqı tarix qarşısında taleyüklü seçim etdi – azadlıq yolunu. Bu seçim ağır itkilər bahasına başa gəlsə də, milli iradənin qələbəsi kimi tarixə yazıldı. Məhz bu faciədən sonra müstəqillik ideyası artıq romantik arzu deyil, xalqın qanı ilə möhürlənmiş real hədəfə çevrildi.

Faciədən sonra sovet rəhbərliyi baş verənləri təhrif edərək, hadisələrə hüquqi və mənəvi don geyindirməyə çalışdı. İnformasiya blokadası yaradıldı, beynəlxalq ictimaiyyətə yanlış məlumatlar ötürüldü, günahsız insanların qətli “ictimai sabitliyin bərpası” kimi təqdim olundu. Respublika daxilində isə mövcud siyasi rəhbərliyin iradəsizliyi və asılılığı 20 Yanvar hadisələrinə obyektiv qiymət verilməsini mümkünsüz edirdi. Belə bir mürəkkəb və ziddiyyətli tarixi şəraitdə xalqın taleyinə biganə qalmayan, milli məsuliyyət və siyasi cəsarət nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev bu qanlı hadisəyə ilk prinsipial siyasi qiyməti verən şəxs oldu.

1990-cı ilin yanvarında Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla Heydər Əliyev sovet rəhbərliyinin cinayətkar mahiyyətini açıq şəkildə ifşa etdi, bu hadisəni Azərbaycan xalqına qarşı yönəlmiş hərbi təcavüz kimi dəyərləndirdi. O, sovet ordusunun dinc əhaliyə qarşı silah işlətməsini hüquqa və humanizmə zidd addım kimi qətiyyətlə pislədi. Bu mövqe təkcə siyasi cəsarət nümunəsi deyil, həm də milli ləyaqətin və vətənpərvərliyin parlaq ifadəsi idi. Həmin bəyanat Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı və 20 Yanvar hadisələrinin beynəlxalq müstəvidə düzgün dərk edilməsinə yol açdı.

Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərarın qəbul edilməsi tarixi əhəmiyyətə malik oldu. Bu qərarda sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz qətiyyətlə pislənildi, hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirildi. Həmin sənəd sovet məkanında analoqu olmayan cəsarətli addım idi və milli iradənin açıq ifadəsi kimi çıxış edirdi. Naxçıvanda qəbul edilən bu qərar Azərbaycan xalqının öz tarixinə obyektiv baxışının, həqiqətə söykənən mövqeyinin hüquqi əsasını yaratdı və gələcəkdə müstəqil Azərbaycanın rəsmi mövqeyinin formalaşmasına zəmin oldu.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərarla bu hadisəyə yekun münasibət bildirildi, sovet rəhbərliyinin və cinayəti törədənlərin məsuliyyəti açıq şəkildə bəyan olundu. Şəhidlərin xatirəsi əbədiləşdirildi, onların ailələrinə dövlət qayğısı göstərildi, 20 Yanvar Ümumxalq Hüzn Günü kimi təsbit olundu. Şəhidlər xiyabanı təkcə matəm məkanı deyil, həm də azadlıq uğrunda mübarizənin, milli qürurun və dövlətçilik ideallarının simvoluna çevrildi.

20 Yanvar hadisələrinin əhəmiyyəti bu gün də öz aktuallığını qoruyur. Bu tarix gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli kimliyin formalaşmasında mühüm ideoloji mənbə rolunu oynayır. Məktəblərdə, ali təhsil müəssisələrində, dövlət qurumlarında bu faciə ilə bağlı keçirilən anım tədbirləri təkcə keçmişi xatırlamaq məqsədi daşımır, həm də gələcək nəsillərə azadlığın hansı bədəllə əldə edildiyini anlatmaq missiyasını yerinə yetirir. Hər il minlərlə insanın Şəhidlər xiyabanını ziyarət etməsi, şəhidlərin xatirəsinin böyük ehtiramla yad edilməsi xalqımızın öz tarixinə sədaqətinin, milli yaddaşının gücünün göstəricisidir.

Bu gün müstəqil Azərbaycan dövləti regionda və beynəlxalq aləmdə söz sahibi olan, öz maraqlarını qətiyyətlə müdafiə edən güclü bir dövlətdir. Ərazi bütövlüyünün bərpası, siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli suverenliyin təmin edilməsi 20 Yanvar şəhidlərinin ideallarının real təcəssümüdür. Onların qanı ilə yazılan azadlıq salnaməsi bu gün müasir dövlətçilik uğurları ilə davam edir. Müstəqil Azərbaycanın qazandığı nailiyyətlər göstərir ki, 20 Yanvar şəhidlərinin fədakarlığı hədər getməmiş, xalqımızın tarixi gələcəyini müəyyənləşdirmişdir.

Faciənin 36-cı ildönümündə biz bu günü yalnız hüznlə deyil, həm də dərin qürur hissi ilə anırıq. Qürur duyuruq ki, Azərbaycan azadlıq uğrunda canından keçən qəhrəmanların vətənidir. Qürur duyuruq ki, həmin şəhidlərin müqəddəs arzuları bu gün müstəqil, suveren və qüdrətli Azərbaycan dövlətində gerçəkləşib. 20 Yanvar şəhidləri xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və sarsılmaz ruhunun əbədi rəmzidir. Onların xatirəsi tariximizin müqəddəs səhifəsi kimi daim yaşayacaq, gələcək nəsillərə azadlığın qiymətini xatırladan mənəvi miras olaraq nəsildən-nəslə ötürüləcəkdir.

Bu müqəddəs yaddaş Azərbaycan xalqını daim ayıq-sayıq olmağa, müstəqilliyini qorumağa, dövlətçiliyini möhkəmləndirməyə çağırır. 20 Yanvar bizə öyrədir ki, azadlıq təsadüfən qazanılmır, o, fədakarlıq, birlik və milli iradə tələb edir. Məhz bu dərs Azərbaycan dövlətinin gələcək inkişaf yolunda mənəvi kompas rolunu oynayır və xalqımızı daim öz tarixinin məsuliyyətini daşımağa səsləyir.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri