Icma.az
close
up
RU
20 Yanvar hadisəsi və Azərbaycanın müstəqillik yolunda tarixi dönüş nöqtəsi ŞƏRH

20 Yanvar hadisəsi və Azərbaycanın müstəqillik yolunda tarixi dönüş nöqtəsi ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi həm dərin hüzn, həm də milli qürur hissləri ilə xatırlanan ən faciəvi və eyni zamanda şərəfli səhifələrdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilə Azərbaycan xalqının azadlıq iradəsini boğmaq məqsədi daşıyırdı. Lakin bu qanlı hadisə əksinə olaraq xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirdi.

1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi-iqtisadi böhran, mərkəzi hakimiyyətin zəifləməsi və xalqların milli özünüdərk prosesinin güclənməsi Azərbaycanda da azadlıq və suverenlik tələblərini ön plana çıxarmışdı. Xalq kütləvi şəkildə ədalətsizliyə, Qarabağda baş verən hadisələrə, erməni separatizminə və Moskvanın qərəzli mövqeyinə etiraz edirdi. Bu proseslərdən ciddi narahat olan sovet rəhbərliyi vəziyyəti siyasi dialoq yolu ilə deyil, hərbi güc vasitəsilə həll etməyə üstünlük verdi.

1990-cı il yanvarın 20-də sovet ordusunun xüsusi təyinatlı bölmələri, tanklar və ağır hərbi texnika Bakıya yeridildi. Fövqəladə vəziyyət elan edilmədən, dinc əhali xəbərdar olunmadan həyata keçirilən bu əməliyyat nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, minlərlə insan yaralandı. Qadınlar, uşaqlar, yaşlılar belə bu qəddar hücumun qurbanına çevrildi. Küçələrdə, evlərin qarşısında, hətta təcili yardım maşınlarında insanlara atəş açılması bu hadisənin açıq-aşkar insanlıq əleyhinə cinayət olduğunu göstərirdi.

20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, həmin dövrdə böyük cəsarət nümayiş etdirərək SSRİ rəhbərliyini açıq şəkildə ittiham etdi və bu hadisəni Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət adlandırdı. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi.

20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsində dönüş nöqtəsi oldu. Bu hadisə xalqın Sovet İttifaqına olan inamını tamamilə sarsıtdı və müstəqillik ideyasını geri dönməz prosesə çevirdi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası məhz 20 Yanvar şəhidlərinin qanı bahasına mümkün oldu. Bu baxımdan 20 Yanvar yalnız faciə deyil, həm də qəhrəmanlıq və milli iradənin təntənəsidir.

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayır. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərin məzarları önünə gül dəstələri qoyur, onların ruhuna ehtiramını bildirir. Bu, xalqımızın öz qəhrəmanlarına olan dərin hörmətinin və milli yaddaşının təzahürüdür.

20 Yanvar şəhidlərinin qanı ilə başlanan azadlıq yolu illər sonra öz tarixi məntiqi nəticəsinə çatdı. Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və xalq–ordu birliyi sayəsində torpaqlarını uzun illər davam edən işğaldan azad etdi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, tarixi ədalət təmin olundu.

Bu Zəfər təkcə hərbi uğur deyil, eyni zamanda 20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsi şəhidlərinin və bütün vətən uğrunda canından keçən qəhrəmanların arzularının gerçəkləşməsi oldu. Azərbaycan bu gün öz torpaqlarında tam suveren hüquqlarını bərpa etmiş, güclü, müstəqil və qalib dövlət kimi regionda söz sahibinə çevrilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu qayıdış təkcə fiziki deyil, mənəvi qayıdışdır — 20 Yanvarda şəhid olanların ruhunun rahatlıq tapmasıdır.

Beləliklə, 20 Yanvar faciəsi ilə başlayan azadlıq mübarizəsi Zəfərlə, suverenliklə və milli qürurla tamamlanmışdır. Bu gün müstəqil Azərbaycan dövləti öz gücünə arxalanaraq inamla gələcəyə doğru irəliləyir və bu yolun təməlində şəhidlərin qanı, xalqın birliyi və dövlət rəhbərliyinin qətiyyəti dayanır.

İsa Məmmədov

YAP Babək rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri