“20 Yanvar olmasa idi, Qarabağda şəhid olacaqdı...” Bacısıoğlunun İlham Allahverdiyevlə bağlı XATİRƏLƏRİ
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İlham qəhrəman, mərd oğlan idi. O, hər zaman vətənimiz üçün canını fəda etmək istəyirdi. Düşünürəm ki, 20 Yanvar olmasa, o, Qarabağda şəhid olacaqdı”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında 20 Yanvar Şəhidi İlham Allahverdiyevin bacısı oğlu Emil Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
20 Yanvar faciəsindən 35 il ötür
O, dayısı ilə bağlı xatirələrindən danışıb:
“Bu gün 20 Yanvar faicəsindən 35 il keçməsinə baxmayaraq, xalqımız öz şəhidlərini qürur və ehtiramla yad edir. Vətən şəhidləri ilə ucalır. Bu gün onların ruhları şaddır. Torpaqlarımız işğaldan azad olunub, İlhamın anadan olduğu Ağdam şəhərində üçrəngli bayrağımız dalğalanıb. 35 keçməsinə baxmayaraq Azərbaycan xalqı öz şəhidlərini utunmur. 20 Yanvar şəhidləri azadlıq simvollarıdır”, - deyə E.Əliyev əlavə edib.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 20 Yanvar 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















