Icma.az
close
up
RU
“Bolt”un yeni rəhbəri şirkətin gələcək hədəfləri ilə bağlı danışıb MÜSAHİBƏ FOTO

“Bolt”un yeni rəhbəri şirkətin gələcək hədəfləri ilə bağlı danışıb MÜSAHİBƏ FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yüksəliş” qalibi və “Bolt Business”in yeni rəhbəri Salman Babazadə vəzifəyə gəlişindən sonra ilk müsahibəsini verib. O, 2026-cı il üçün qarşıdakı hədəflər və şirkətin Azərbaycanda, eləcə də Avropada mövqeyi ilə bağlı bir sıra açıqlamalar verib.

Avtosfer.az Salman Babazadənin müsahibəsini təqdim edir:

•  Salman bəy, ilk olaraq yeni təyinatınızı təbrik edirik. Təcrübəniz haqqında qısa məlumat verə bilərsinizmi?

— Təşəkkür edirəm. Mən mühəndislik üzrə təhsil almışam və karyerama neft-qaz sektorunda başlamışam. Daha sonra peyk və şəbəkə mühəndisi kimi çalışmış, paralel olaraq marketinq, çatdırılma və tədbir təşkilatçılığı sahələrində öz biznes təşəbbüslərimi inkişaf etdirmişəm.

COVID dövründə biznes mühitində yaranan çətinliklər səbəbilə yenidən korporativ sektora qayıdaraq Azerkosmos-da Afrika regionu üzrə satış sahəsində fəaliyyət göstərdim. Dörd ildən artıq beynəlxalq təcrübə qazandıqdan sonra daha qlobal, innovativ və sürətli inkişaf edən bir mühitdə çalışma istəyi məni Bolt komandasına gətirdi.

•  “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olmusunuz. Bu təcrübə sizin üçün nə ifadə edir?

— Bəli, 2024-cü ildə “Yüksəliş” liderlik müsabiqəsinin qaliblərindən biri oldum. Müsabiqə çoxsəviyyəli liderlik tapşırıqları, analitik testlər və intensiv komanda işlərindən ibarət idi. Biz real liderlik situasiyalarına uyğun qərarlar verməli və həllər hazırlamalı idik.

16 mindən çox iştirakçı arasından 25 qalibdən biri seçilmək mənim üçün böyük qürurdur. Bu uğur yalnız karyera baxımından reputasiya qazandırmaqla kifayətlənmədi, eyni zamanda geniş peşəkar əlaqə şəbəkəsi və praktiki liderlik təcrübəsi əldə etməyimə imkan yaratdı. “Yüksəliş” mənim üçün liderlik bacarıqlarımın təsdiqi və gələcək planlarım üçün möhkəm dayaq nöqtəsidir.

• Niyə məhz Bolt? Şirkət sizi nə ilə cəlb etdi?

— Bolt-un qlobal, müasir və innovativ yanaşması ilk gündən diqqətimi çəkdi. Startup olaraq fəaliyyətə başlayıb bu gün 50-dən çox ölkədə, yüzlərlə şəhərdə milyonlarla istifadəçiyə xidmət göstərən bir şirkətə çevrilməsi mənim üçün ilhamvericidir.

Bolt-un əsas missiyası - insanlara daha rahat, əlçatan və dayanıqlı hərəkət imkanları yaratmaq - şəxsi dəyərlərimlə tam üst-üstə düşür. Bu yanaşma təkcə fərdi istifadəçilərə deyil, korporativ mobilliyə də şamil olunur. Avropada şirkətlərin ənənəvi avtomobil parklarından imtina edərək daha çevik, iqtisadi və məsuliyyətli paylaşılan mobillik modellərinə keçməsi bunun bariz nümunəsidir.

Bolt Business də bizneslər üçün məhz bu qlobal trendlərə uyğun səmərəli və innovativ alternativ təqdim edir. Şirkətin təkcə taksi xidməti deyil, bütöv bir mobillik ekosistemi qurduğunu gördükdən sonra bu komandanın bir hissəsi olmaq qərarım daha da möhkəmləndi.

• Bolt Business-in Azərbaycandakı mövqeyi Avropa ilə müqayisədə necədir?

— Azərbaycanda korporativ mobillik bazarı hələ inkişaf mərhələsindədir, lakin çox böyük potensiala malikdir. Fairmont Hotel ilə elektrik Tesla avtomobilləri üzrə əməkdaşlığımız, həmçinin AZAL ilə millərin Bolt gedişlərinə çevrilməsi kimi layihələr Bolt Business-in biznes icması daxilində tanınmasını və etibarlılığını əhəmiyyətli dərəcədə artırıb.

2025-ci ildə bazarın real ehtiyaclarını daha dərindən analiz edərək resurslarımızı gücləndirdik və həm B2B, həm də B2C seqmentlərində ciddi tələbat olduğunu müşahidə etdik. Bolt Business-in əsas üstünlüyü ondan ibarətdir ki, şirkətlər bütün nəqliyyat xərclərini vahid panel üzərindən idarə edə, aylıq tək faktura ala, əməkdaşlar üçün fərdi limitlər təyin edə və səyahət siyasətinə uyğun nəzarət mexanizmləri tətbiq edə bilirlər.

Bu yanaşma həm xərclərə şəffaflıq gətirir, həm də korporativ mobilliyin idarə olunmasını xeyli sadələşdirir. Məhz bu rahatlıq səbəbilə bir çox şirkət ənənəvi avtomobil parklarından imtina edərək daha çevik və səmərəli Bolt Business həllərinə üstünlük verir.

• Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?

— 2026-cı il üçün əsas hədəflərimiz bazar payını artırmaq, məhsul və xidmət keyfiyyətini müştəri rəyləri əsasında davamlı şəkildə təkmilləşdirmək, yeni kateqoriyalar təqdim etmək və Azərbaycanda korporativ mobillik mədəniyyətini daha da gücləndirməkdir. Məqsədimiz Bolt Business-i bizneslər üçün uzunmüddətli və etibarlı strateji tərəfdaş kimi mövqeləndirməkdir.

• Bolt Business sizin liderlik yolunuzda necə rol oynayır?

— Bolt mənim üçün sadəcə iş yeri deyil, peşəkar inkişaf platformasıdır. Burada innovasiyalarla işləmək, real biznes dəyəri yaratmaq və komandalarla birlikdə nəticəyə fokuslanmaq imkanı var. Liderlik bacarıqlarımı tətbiq etmək və daha da inkişaf etdirmək üçün Bolt ideal mühit təqdim edir.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see222

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see167

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri