Icma.az
close
up
RU
“20 Yanvar”dan Amerikaya çığıran azərbaycanlı körpə

“20 Yanvar”dan Amerikaya çığıran azərbaycanlı körpə

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəl imzan olmalıdır! İmzan olmalıdır ki, mötəbər sənədləri də qabağına gətirsinlər. 

Vaxt var idi, Azərbaycan xalqı var idi, amma dövlət yox idi… 1989-cu ildə xarici mətbuat Azadlıq meydanına toplaşmış Azərbaycan xalqını “ilin xalqı” elan etmişdi, 2 ay sonra elə həmin xalqı meydanda qanına qəltan etmiş Qarbaçova Nobel sülh mükafatı verildi. İnqilabı biz edirdik, mükafatı inqilaba qarşı gələn alırdı - bizim üçün 20 Yanvarın “memarı”. 

Bəli, xalq var idi, dövlət yox idi! Ona gah “Amerikanın agenti” deyirdilər, gah deyirdilər başındakı xal deyil, Amerikanın xəritəsidir… Hər nə idisə də, çanaq Qarbaçovun yox, Azərbaycanın başında çatlayırdı. Qarbaçovun Sülh mükafatını alması üçün şəraiti Azərbaycan xalqı yaratmışdı; Lenin meydanını Azadlıq meydanına çevirməklə. “İstər acı olsun, istərsə, şirin” azadlığını heç nəyə qurban vermədi Azərbaycan! 

Əvvəl-əvvəl “perestroyka”, “Topxana meşəsi”, “OMON”, “talon” sözləri asıldı qapılarımızdan, sonra bu sözlər “de fakto”, “de yure”, “Minsk qrupu” sözlərilə əvəzləndi… Bu gün isə dilimizdə yeni sözlər pardaqlanır: “paraflamaq”, “xartiya” və SÜLH!

Sülh qoxan bir yurdun havasını udmaqdır ən böyük udmaq, ən böyük qələbə! 

“Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!

Orta məktəb inşalarında belə yazmağa fantaziyamızın çatmadığı günləri yaşayırıq. Rəsmini çəkə bilmədiyimiz mənzərələr, görüşlər fotolarda əks olunur. Bütöv Azərbaycanın sülhü Ağ evdə müşahidə olunur, paraflanır… 
Amerika prezidenti prezidentimizin yumruğunu sıxır! 

Alqış Günəş ölkəsinə!

Ötən gün - prezidentimizin qarşısına gələcək ən böyük xartiyaların, sənədlərin hazırlandığı anda, hamımız Vaşinqtondakı möhtəşəm görüşü gözlədiyimiz zamanda Bakı metrosunun “20 Yanvar” stansiyasında körpə doğuldu. Məhz “20 Yanvar”da! 
Azərbaycan yarasından da övlad doğur! 

Yenə Nobel Sülh Mükafatı Azərbaycana görə verilə bilər, ancaq bu dəfə faciəmizlə yox, qələbimizlə Nobeli şifahi parafladıq. 
Azərbaycan prezidenti İlham Əliyev Ağ evdə Trampa Nobel Sülh Mükafatının verilməsi ilə bağlı müraciət edəcəyini açıqladı. 

Metroda doğulan körpənin çığırtısı da Azərbaycanın tale mesajı idi: bu dəfə 20 yanvarda ölümürük, doğuluruq!

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri