Icma.az
close
up
RU
20 yaşdan aşağı hamiləliklərdə vaxtından əvvəl doğuş riski üç dəfə çoxdur AÇIQLAMA

20 yaşdan aşağı hamiləliklərdə vaxtından əvvəl doğuş riski üç dəfə çoxdur AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Hüquqi baxımdan erkən hamiləlik 18 yaşına qədər olan hamiləlik sayılır. Tibbi baxımdan isə 20 yaşın altındakı hamiləliklər riskli hesab olunur.
Bu yaşda bütün hamiləlik patologiyaları daha çox müşahidə olunur və nəticədə çox vaxt vaxtından əvvəl doğuş baş verir".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. 
"Sadə dildə desək, bu yaşdakı qızlar fiziki baxımdan tam inkişaf etməyib. Onların orqanizmi, xüsusilə də uşaqlıq orqanı hələ uşaq daşımağa hazır deyil. Buna görə də orqanizm tam yetkin olmadığından, istər mexaniki, istər hormonal, istərsə də fizioloji səbəblərlə hamiləliyi sona qədər daşımaq mümkün olmur. Nəticədə 20 yaşdan aşağı hamiləliklərdə vaxtından əvvəl doğuş riski üç dəfə artır".
O bildirib ki, vaxtından əvvəl doğuş isə yeni doğulmuş körpənin ölümü və ya şikəst doğulması deməkdir:
"Konkret halda ölüm səbəbi məlum olmasa da, yaş amilinin rolu danılmazdır.
İllərdir mediada və cəmiyyətdə səsləndirilir ki, erkən nikah və erkən hamiləlik yolverilməzdir. Erkən nikah məsələsinə hüquq orqanları baxmalıdır, amma erkən hamiləliklərə qarşı mübarizə üçün hamiləlikdən qorunma üsullarının təbliği və tətbiqi dövlət siyasətinin bir hissəsinə çevrilməlidir.Bu, təkcə hüquqi və psixoloji deyil, həm də ictimai məsələdir. Arzuolunmaz hamiləliklərin qarşısını almaq və bu mövzunu dövlətin prioritetinə çevirmək həm medianın, həm də cəmiyyətin vəzifəsidir".
Qeyd edək ki, bir neçə gün öncə Astarada 17 yaşlı hamilə qadın toydan sonra həyatını itirib.
Əfsanə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri