Icma.az
close
up
RU
200 il öncə türkmən və Azərbaycan mədəniyyətini fərqləndirmək belə mümkün deyildi...

200 il öncə türkmən və Azərbaycan mədəniyyətini fərqləndirmək belə mümkün deyildi...

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Humanitar və mədəni əməkdaşlıq çərçivəsində Azərbaycanda 2025-ci ilin oktyabr ayında Türkmənistanın mədəniyyət günləri keçiriləcək. Gələn ilin aprel ayında isə Türkmənistanda Azərbaycanın mədəniyyət günləri keçiriləcək.

Azərbaycan Milli Məclisinin deputatları Redaktor.az-a sözügedən tədbirlərin Azərbaycanın milli adət-ənənələrinin, mədəniyyətinin təbliği baxımından önəmindən danışdılar.

Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, türkmən və Azərbaycan xalqları eyni mədəniyyətdən, eyni etnik kökdən, eyni dil mədəniyyətindən gələn iki qardaş xalqdır.

"Sadəcə uzun müddət sürən coğrafi ayrılıq bu mədəniyyətlərin ortaq inkişafına müəyyən sərhədlər yaradıb, maneələr törədib. Son dövrlərdə Türkmənistan və Azərbaycan arasında inkişaf edən siyasi, diplomatik, iqtisadi əlaqələr mədəni əlaqələrin də yenidən bərpa olunmasını aktual edir. Çünki mədəni, humanitar əlaqələr siyasi, iqtisadi əlaqələrin alt komponentidir, bazisidir, sosial sementidir, onu möhkəmləndirən vasitədir. Ona görə də mən düşünürəm ki, Türkmənistanda və Azərbaycanda qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi mühüm bir tarixi hadisəyə çevriləcək".

O vurğuladı ki, əslində, cəmisi 200 il bundan əvvəl türkmən və Azərbaycan mədəniyyətini fərqləndirmək belə mümkün deyildi:

"Bizim üçün Aşıq Ələsgər nə idisə, Məhdumqulu Fəraqi də o idi. Yaxud türkmənlər üçün Məhdumqulu Fəraqi nə idisə, Aşıq Ələsgər o idi. Türkmənistan əhalisinin əsasını təşkil edən təkə türkmənlər bu gün Azərbaycanda da geniş yayılmış tayfalardır. Koroğlu dastandakı Eyvaz da, Eyvazın mənsub olduğu türk boyu da təkə türkmənlər elədir. Yəni ortaq dəyərlərimiz o qədər dərin, o qədər canlıdır ki, biz kiçik bir təkanla yenidən bu dəyərləri bərpa edib ortaq mədəniyyətimizi daha da irəli götürə bilərik. Əlbəttə ki, bu, hər iki ölkənin liderlərinin, Azərbaycan Prezidentinin və Türkmənistan Xalq Məclisinin sədri, çox hörmətli Qurbanqulu Berdiməhəmmədovun səyləri nəticəsində mədəni əlaqələrimizin bərpa olunması xalqlarımız qarşısında tarixi xidmətdir".

Deputat Ceyhun Məmmədov isə bildirdi ki, belə tədbirlərin keçirilməsi çox önəmlidir.

"Əslində, əlaqələrin inkişafı üçün mədəniyyət ən önəmli məsələlərdən biridir. Mədəniyyət qədər xalqları, dövlətləri bir-birinə yaxınlaşdıran ikinci bir məsələ yoxdur. Bizim son vaxtlar əlaqələrimiz sürətlə inkişaf edib və əvvəlki dövrdə əlaqələrimiz o qədər də güclü deyildi. Amma bu çox vacib bir məsələdir. Türkmənistanın Prezidenti bir müddət bundan əvvəl Azərbaycanda səfərdə oldu. Bununla əlaqələrimiz çox sürətli bir formada yeni mərhələyə daxil oldu. Prezident Qarabağa getdi, Qarabağı ziyarət etdi. Sonrakı dövrdə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfər etdi. Türkmənistanda mühüm görüşlər və tədbirlər keçirildi".

Müsahibimiz qeyd etdi ki, bu gün iki qardaş ölkənin əlaqələrinin daha da inkişaf etdiyini və daha da irəli getdiyini görürük:

"Yəni bu əlaqələr bu gün tarixdə heç zaman olmadığı qədər inkişaf edir. Bu, bizə imkan verir ki, bizim əlaqələrimiz daha da güclənsin və daha da möhkəmlənsin. Bunlar olduqca vacib məsələlərdir. Burada təbii ki, iki ölkə liderinin də rolu, iki ölkə liderinin də fəaliyyəti, birgə addımları çox önəmlidir. Hesab edirik ki, mədəniyyət günlərinin keçirilməsi əlaqələrimizi daha da inkişaf etdirəcək".

Aytəkin TOFİQQIZI

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Avqust 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri