Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

200 ildən sonra möhtəşəm qələbə

200 ildən sonra möhtəşəm qələbə

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan tarixinin şanlı səhifələri çox olub. Amma onların eləsi var ki, tarixə qızıl hərflərlə yazılıb və xalqımızın başını uca edib. Bunlardan ən şərəfli tarixi hadisələrdən biri də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən 44 günlük İkinci Qarabağ savaşıdır. Tarixdə belə ildırım sürətli müharibələr o qədər də çox olmayıb. İkinci Qarabağ müharibəsi ona görə tarixin qızıl səhifəsinə düşdü ki, qısa zaman kəsiyində Azərbaycan ordusu Qarabağı erməni işğalından azad etdi. O anları, o dəqiqələri heç vaxt unutmaq mümkün deyil.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişiylə demək olar ki, insanlarda çox böyük inam və ümid yarandı. Bu inam və ümid ondan ibarət idi ki, Azərbaycan xalqı Heydər Əliyevə inanır, ölkəmizi çətin vəziyyətdən yalnız onun xilas edəcəyini düşünürdülər. Təbii ki, xalq belə düşünməkdə haqlı idi. Çünki ondan əvvəlki dövlət rəhbərləri zəiflik göstərmiş, ölkəmizi beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, eləcə də işğal altında olan torpaqlarımızın azad edilməsi üçün ciddi bir addım ata bilməmişdilər. Bütün bu ağır yük Ulu Öndər Heydər Əliyevin çiyninə düşmüşdü. O, isə hakimiyyətdə olduğu dövrdə ölkənin siyasi-istisadi, hərbi problemlərini qısa zaman kəsiyində yoluna qoymağı bacardı. Azərbaycan yüksək istisad inkişaf mərhələsinə qədəm qoydu. Və hərbi sahədə böyük irəliləyişlərə nail oldu.

Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Belə ki, cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ölkəmiz siyasi-istisadi və hərbi cəhətdən çox böyük yüksəlişə nail oldu. Belə bir durumda isə ermənilər yenə sərhədboyu kəndlərdə tez-tez atəşkəsi pozur, yaşayış məntəqələrinə fasiləsiz olaraq ağır artilleriyalardan zərbələr endirir və bu zəbələr zaman şəhidlərimiz və yaralılarımız olurdu. Üstəlik də yaşayış məntəqələrinə xeyli ziyan dəyirdi. 2020-ci il sentyabrın 26-a qədər ölkəmiz bu hücumlara dözdü. Amma daha dözmək mümkün deyildi. Ona görə də Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan ordusuna əks hücuma keçmək barədə əmr verdi. Bu əmr 2020-ci il sentyabrın 27-də icra edilməyə başlandı. Bir neçə gündə qüdrətli Azərbaycan Ordusu əks hücuma keçərək, Füzulinin və Cəbrayılın 8 kəndini erməni işğalından azad elədi. Azərbaycan Ordusu 30 illik sükuta son qoydu. "Ohanyan səddi" deyilən müdafiə sistemləri möhtəşəm və qüdrətli Azərbaycan ordusunun gücü hesabına darmadağın edildi. Çünki ermənilər 30 il idi ki, Füzuli və Cəbrayıl istiqamətində, eləcə də digər işğal olunmuş yaşayış məntəqələrimizin ərazisində keçilməz müdafiə xətti qurmuşdular. Onların səngərlərindən əvvəl, yəni qarşıda tankların keçməsinin qarşısını almaq üçün böyük dərələr qazılmış, yolla minalanmış, hətta tikanlı məftillər belə yerləşdirilmişdir. İlk baxışdan bu səddi keçmək olduqca çətin bir məsələ idi. Amma Azərbaycan ordusunun istehkamçıları, mina təmizləyənləri əsgərlərimizin hücumu zamanı bütün bu təhlükəni qanları, canları, həyatları bahasına təmizləmiş və zərərsizləşdirmişdilər. Əgər bu təhlükə və müdafiə sistemləri vaxtında zərərsizləşdirilməsəydi, onda canlı qüvvə, texnika sarıdan böyük itkilərimiz ola bilərdi. Məhz buna görə də hərbi əməliyyat başlamamışdan öncə generallarımız bu barədə çox ətraflı götür-qoy eləmiş və nəticədə onların qurduğu taktika və həyata keçirdiyi əməliyyat uğurlu olmuşdu. 

Azərbaycan ordusunun gücü və qüdrəti tək onun hərbi arsenalından ibarət deyildi. Azərbaycan ordusunun gücü NATO standartlarına uyğun böyük məktəb keçmiş və təcrübə toplamış zabitlərdən, əsgərlərdən ibarət idi. 44 günlük İkinci Qarabağ savaşında Azərbaycan əsgəri aslan kimi, şir kimi döyüşdü. Onlar nə ermənilərin keçilməz müdafiə səddindən qorxdular, nə də ən müasir döyüş texnikalarından. Çünki Azərbaycan əsgərinə güc, qüvvət və ruh verən ayağının altında olan Vətən torpağı və bir də Vətən torpağının havası idi! Erməni əsgəri heç vaxt Azərbaycan əsgəri kimi döyüşə bilməzdi. Çünki Qarabağ və eləcə də işğal altında olan digər yaşayış məntəqələrimiz onların Vətəni deyildi. Vətəni olmadığına görə də burda ölmək istəmir və qaçıb aradan çıxmağa can atırdılar. Ölməmək üçün çoxu elə qaçdı da! Ermənilərin öz mətbuat orqanları 44 günlük İkinci Qarabağ savaşında yazırdı ki, onların 10 mindən çox döyüş mövqeyindən qaçan fərari əsgərləri var. Amma bir Azərbaycan əsgəri 44 günlük müharibədə silahını atıb, geri çəkilmədi. Üstəlik də respublikanın bütün rayonlarında Hərbi Səfərbərlik İdarələrinin qarşısında 10 minlərlə gənc könüllü olaraq cəbhəyə döyüşməyə getmək üçün növbəyə durmuşdular. Hardasa 100 minə yaxın belə gənclərimiz növbə gözləyirdilər. Onların çoxuna növbə çatmasa da, bu onu göstərirdi ki, Azərbaycanda 7-77-ə qədər hamı silaha sarılıb Vətən topağını işğaldan azad etmək istəyirdi. Onsuz da bizim 100 minə yaxın döyüşən əsgərimiz var idi. Onların yarısı 44 günlük İkinci Qarabağ savaşında erməni ordusunu darmadağın etməyə bəs elədi. Bu ordunun gücü ilə Cəbrayıl azad olundu... Hadrut azad olundu... Füzuli azad olundu... Qubadlı azad olundu... Zəngilan azad olundu... Və ən nəhayət, noyabrın 8-də Azərbaycanın ürəyi olan Şuşa azad olundu... Azad olunan bütün yaşayış məntəqələrinə Azərbaycan bayrağı sancıldı!..

Bütün bunlar onu göstərdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Ordusuna əks-hücuma keçmək barədə vaxtında və düzgün əmr vermişdi. 44 günlük möhtəşəm savaş Prezident, Ordu və Xalq birliyi simvoluna çevrildi. Çünki bu üç qüvvə bir yerdə olmasaydı, biz möhtəşəm qələbə qazanıb yeni bir tarix yaza bilməzdik. Və ermənilər məcbur olub 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanata təslim olmaq haqqında imza atmazdı. Üstəlik də ermənilərin Baş naziri Nikol Paşinyan 3 rayonun - Ağdamın, Laçının, Kəlbəcərin razılaşmış vaxtda boşaldılmasına qol çəkmişdi. 

Qarabağ savaşının tarixi əhəmiyyəti həm də ondan ibarət idi ki, ermənilərin arxasında duran böyük güclər özləri də məğlub olmuşdular. Ona görə də bu günün özündə Fransa kimi ermənilərə havadarlıq edən dövlət bizim böyük qələbəmizi həzm etmir və beynəlxalq aləmdə  qarayaxma kampaniyası aparır, digər tərəfdən isə Ermənistanı silahlandırır. Bu isə o deməkdir ki, Azərbaycan xalqı heç bir erməni havadarından çəkinmir və öz hərbi qüdrətini daha da gücləndirir.

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri