Icma.az
close
up
RU
2023 cü ilin sentyabr döyüşlərinin Praqa əks sədası

2023 cü ilin sentyabr döyüşlərinin Praqa əks sədası

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda Cənubi Qafqaz üçün ən aktual məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və kommunikasiya yollarının açılmasıdır. Lakin proses indiki mərhələyə heç də asanlıqla gəlib çatmayıb. Xatırladaq ki, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, sonra şərti sərhəddəki toqquşmalar və 2023-cü ilin sentyabrında Xankəndi və ətraf ərazilərdə birgünlük antiterror tədbirlərində Azərbaycan Ordusunun qazandığı parlaq qələbələr hazırkı reallıqların təməlini qoyub.

2022-ci il 12-14 sentyabr tarixlərində Azərbaycan–Ermənistan şərti sərhədində baş vermiş döyüşlər postmüharibə dövrünün ən böyük toqquşmalarından biri kimi yadda qalıb. Həmin döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri strateji üstünlük əldə edərək sərhəd boyunca əsas yüksəklikləri nəzarətə götürdü. Bu qələbə təkcə hərbi üstünlüklə bitmədi. Həmin ilin oktyabrın 6-da Avropa Siyasi Birliyinin ilk toplantısı çərçivəsində Praqada Azərbaycan və Ermənistan, eləcə də Fransa və Türkiyə liderləri arasında tarixi görüşlər keçirildi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makron vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələrək Cənubi Qafqazın iki ölkəsi arasında münasibətlərin normallaşdırılması və münaqişəyə son qoyulması istiqamətində əhəmiyyətli irəliləyiş əldə etdilər. Aİ Şurası və Fransanın birgə bəyanatlarına əsasən, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü rəsmi olaraq tanımağı öhdəlik olaraq götürdülər. Bəyanatlarda qeyd olunur ki, “Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, həmçinin 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Bu sənəd hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasını əks etdirir”. Alma-Ata Bəyannaməsi keçmiş Sovet İttifaqına daxil olan respublikaların (Baltikyanı ölkələr və Gürcüstan istisna olmaqla) bir araya gələrək Müstəqil Dövlətlər Birliyini yaratması və Sovet İttifaqının rəsmi dağılmasını təsdiqləməsi ilə tarixi əhəmiyyət kəsb edir.

Bugünlərdə erməni ictimai xadim Vahram Martirosyan sentyabr hadisələrini şərh edərək yazıb: “Məğlubiyyətin qiyməti var. 2022-ci ilin sentyabr müharibəsinin siyasi nəticələri hərbi nəticələrdən az faciəli olmadı”. Onun sözlərinə görə, məhz Cermuk (İstisu) döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistanı Qarabağın üzərində Azərbaycanın suverenliyini tanımağa məcbur etdi: “Bu döyüşdə məğlub olan tərəf (Ermənistan) bir neçə həftə sonra Praqada “artsax”ı (keçmiş qondarma rejim) Azərbaycanın bir hissəsi kimi tanıyaraq Cermuk müharibəsini dayandırmağın bədəlini ödədi”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Düşmənin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdi. Ermənistanın məhz bu əməli və genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi toqquşmaya səbəb olub. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Sərhəddə baş verən bu hərbi toqquşma nəticəsində Ermənistan silahlı qüvvələri ciddi itkilərə məruz qaldı. Ermənistan rəsmilərinin bildirdiyinə görə, düşmən 200-dən çox hərbçisini itirdi.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı sentyabr döyüşlərindən danışarkən deyib: “13-14 sentyabr əməliyyatından sonra Azərbaycan–Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik...”.

Sentyabr döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin taktiki hazırlığının, döyüş ruhunun və strateji planlamasının yüksək səviyyədə olduğunu göstərdi. Müdafiə xəttinin möhkəmləndirilməsi, yüksəklikdəki mövqelərin ələ keçirilməsi və düşmənin geri çəkilməyə məcbur edilməsi Azərbaycan tərəfinin hərbi üstünlüyünü bir daha təsdiqlədi. Diplomatik səviyyədə isə bu qələbə regiondakı siyasi balansı dəyişdirdi. Ermənistanın Praqada atdığı addım Azərbaycan tərəfinin diplomatik səlahiyyətlərinin güclənməsini və sülh prosesinin sürətlənməsini təmin etdi. Bununla da Azərbaycan Ordusunun hərbi qələbəsi və Bakının diplomatik uğurları bir-birini tamamlayaraq ölkəmizə strateji üstünlük qazandırdı.

Bugünkü reallıq onu göstərir ki, sülh müqaviləsi və kommunikasiya yollarının açılması həm hərbi qələbələrlə, həm də davamlı diplomatik tədbirlərlə mümkündür. Üç il öncə şərti sərhəddə baş verən döyüşlər Azərbaycanın gücünü və regiondakı lider mövqeyini təsdiqləyən, sülh prosesinə istiqamət verən əhəmiyyətli hadisə kimi tarixə yazıldı.

Şair RAMALDANOV,
hərbi ekspert

Hələ 2016-cı ilin Aprel döyüşlərində Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

Qısa müddət sonra bu sözlər öz təsdiqini tapdı – Ordumuz 44 gün ərzində tarixi qələbə qazanaraq işğala son qoydu. Lakin bundan sonra Ermənistan cəmiyyətində revanşist qüvvələr fəallaşdı. Reallıqla barışmaq istəməyən bu dairələrin atdığı əsas addımlarından biri 2022-ci ilin sentyabrında Cermuk istiqamətində törədilən genişmiqyaslı təxribat oldu. Ermənistanın diversiya qrupları Azərbaycan tərəfinin mövqelərini ələ keçirmək və logistik yolları minalamaq niyyətində idilər. Məqsəd həm daxildəki revanşist qüvvələrə mənəvi dəstək vermək, həm də strateji üstünlük qazanmaq idi.

Bu istiqamət təsadüfən seçilməmişdi. Çünki Azərbaycan Ordusu həmin yüksəkliklərə nəzarət edirdi. Əgər onlar Ermənistanın əlinə keçsəydi, bölgənin logistikası nəzarət altına düşəcək, yeni təhlükələr yaranacaqdı. Lakin Ordumuz böyük peşəkarlıqla düşmənin qarşısını aldı, mühüm mövqeləri ələ keçirərək Kiçik və Böyük Göyçə gölləri ilə Zod istiqamətində üstünlük qazandı.

Nəticədə Ermənistan böyük itkilərə məruz qaldı, cəmiyyətdə ciddi narazılıq baş qaldırdı. Azərbaycan Ordusu isə müasir dəqiqvuran silahlarla öz gücünü bir daha sübut etdi. Bu qələbə cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı və bir daha göstərdi ki, Azərbaycan əsgəri üçün ən ali dəyər torpaq və vətəndaşdır. Ordumuz hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin verdiyi hər bir tapşırığı yerinə yetirməyə qadirdir və hazırdır.

Musa BAĞIRLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri