Icma.az
close
up
RU
2024cü ildə yadda qalanlar: Trampın dönüşü, Əsədin gedişi

2024cü ildə yadda qalanlar: Trampın dönüşü, Əsədin gedişi

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Geridə qoyduğumuz 2024-cü il dünyada müharibələr, terror hadisələri, böhranlar, təbii fəlakətlərlə yadda qaldı. Şübhəsiz, ilin ən diqqətçəkən hadisəsi ABŞ-də Donald Trampın yenidən prezident seçilməsi, ardınca Suriyada 50 il hakimiyyətdə olmuş Əsəd ailəsinin devrilməsi oldu.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İranla İsrail arasında müharibə təhlükəsi

2024-cü ilin əvvəlində İranla İsrail arasında münasibətlər az qala müharibə həddinə çatdı. İranın HƏMAS-ı, Yəməndə husilərin Qırmızı dənizdə quldurluq fəaliyyətini, Livanda "Hizbullah"ın İsrailə qarşı hücumlarını dəstəkləməsi vəziyyəti xeyli gərginləşdirdi. İran və onun dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən İsrailə qarşı 2024-cü il aprelin 13-də raket və dron zərbələri həyata keçirildi. Bu, İran-İsrail münaqişəsi başlayandan bəri iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurma kimi yadda qaldı. Aprelin 1-də İranın Suriyanın Dəməşq şəhərindəki səfirliyinin yanında yerləşən konsulluq binasına İsrailin hücumu nəticəsində İranın yüksəkrütbəli komandiri, briqada generalı Məhəmməd Rza Zahidi də daxil olmaqla 16 nəfər həlak oldu. Oktyabrın 1-dən 2-nə keçən gecə İran İsrailə növbəti ballistik raket hücumları təşkil etdi. Ümumilikdə 200-dən çox raket İrandan İsrail ərazisinə atıldı. İran İnqilab Keşikçiləri Korpusundan bildirildi ki, bu hücumlar İranın ali lideri Əli Xameneinin qərarı ilə "Hizbullah" lideri Həsən Nəsrullahın qətlinə cavab olaraq təşkil olunub. Qeyd edək ki, sentyabrın 27-də İsrailin Beyrutda "Hizbullah"ın mərkəzi qərargahını bombalaması nəticəsində təşkilatın baş katibi Həsən Nəsrullah və digərləri öldürülüb. HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin Tehranda öldürülməsi də ilin ciddi rezonans doğuran hadisələrindən idi.

50 illik Əsəd rejiminin sonu

Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi Suriyanın siyasi tarixində dərin iz buraxmış Əsəd ailəsinin 53 illik, BƏƏS partiyasının isə 61 illik hakimiyyətinə son qoydu. 2011-ci ildə "Ərəb baharı" dalğasının bir hissəsi kimi ölkədəki avtoritar idarəçiliyə qarşı xalq narazılıqları ilə başlayan etirazlar tədricən bölgədəki ən mürəkkəb və qlobal təsir gücünə malik böhranlardan birinə çevrilib. İlkin olaraq daxili siyasi böhran kimi görünən bu münaqişə, qısa müddətdə müxtəlif qrupların, regional güclərin və beynəlxalq aktorların iştirak etdiyi çoxsəviyyəli müharibəyə səbəb olub, güc balansını pozub. Bu prosesdə "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması, Suriya Milli Ordusu, kürdlərin Milli Birlik Partiyası (PYD), onun hərbi qanadı YPG qüvvələri və digər qruplaşmalar arasında ərazilərə və strateji məntəqələrə nəzarət uğrunda mübarizə başlayıb.

Sürpriz qələbə - Trampın Ağ Evə qayıdışı

Noyabrda ABŞ-də prezident seçkisi keçirildi, Donald Tramp qalib oldu. Onun Ağ evə qayıdışı ABŞ-nin xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Seçki kampaniyası zamanı Tramp "Birinci Amerikadır" prinsiplərinə əsaslanan, çox vaxt konkret təfərrüatları olmayan geniş siyasət vədləri verirdi. Seçki kampaniyası müddətində Tramp dəfələrlə deyib ki, Rusiya və Ukrayna arasındakı müharibəni "bir günə" dayandıra bilər. Necə? Bunu soruşanda isə o, detallara varmaqdan imtina edirdi.

Kurska hücum

İl ərzində Rusiya-Ukrayna müharibəsi də fasiləsiz davam etdi. Lakin bu il əvvəlkilərdən əsas bir məqamla fərqləndi. Ukrayna Silahlı Qüvvələri avqustdan etibarən Rusiyanın Kursk vilayətinə hücum edərək İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq sözügedən ölkənin ərazilərinə nəzarəti ələ keçirdi. 9 avqustda Belqorod, Kursk və Bryansk vilayətlərində antiterror rejiminə start verilib. Ukrayna 1 250 km²-dən çox Rusiya ərazisini ələ keçirdiyi xəbərini yayıb. Əvəzində isə Rusiya Donbass istiqamətində Ukraynanın yüzlərlə yeni yaşayış məntəqəsini ələ keçirib.

İlin terroru

Mart ayında Moskvada "Crocus City Hall" konsert zalında terror aktı törədildi. Baş vermiş terror aktında ölənlərin sayı 150 nəfər olub. İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb. Lakin terror təşkilatı iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.

Məsud Pezeşkian İran prezidenti oldu

İranda yayda 14-cü prezident seçkisi baş tutdu. Keçmiş səhiyyə naziri, güney azərbaycanlı Məsud Pezeşkian qalib oldu. Onun prezident seçilməsi müəyyən mənada sensasiya da sayılır. Çünki Pezeşkian bir sıra baxışlarına görə İranda Azərbaycan türklərinin milli assimilyasiyaya məruz qaldığını açıq şəkildə bəyan edənlərdəndir. O, çıxışlarının birində Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərində əsgərlikdə türk olduğu üçün məruz qaldığı milli ayrı-seçkiliyin zərbəsini alandan sonra milli kimliyini daha yaxşı dərk etdiyini söyləyib. İranın ali rəhbəri Xameneidən fərqli olaraq, o, bu məsələni daha aydın şəkildə bildirib.

2024-cü il ərzində dünyada baş verənləri analiz edərkən demək mümkündür ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb. Sadəcə, rəsmi bəyanlar yoxdur və bəşəriyyət bunu hələ tam dərk etmir. Ukraynada genişmiqyaslı müharibə, Yaxın Şərqdə bir neçə cəbhə və Şərqi Asiyada artan gərginlik qlobal münaqişənin ilk mərhələsi hesab oluna bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri