Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Trampın dönüşü, Əsədin gedişi İlin siyasi xronologiyası

Trampın dönüşü, Əsədin gedişi İlin siyasi xronologiyası

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Geridə qoyduğumuz 2024-cü il dünyada müharibələr, terror hadisələri, böhranlar, təbii fəlakətlərlə yadda qaldı. Şübhəsiz, ilin ən diqqətçəkən hadisəsi ABŞ-də Donald Trampın yenidən prezident seçilməsi, ardınca Suriyada 50 il hakimiyyətdə olmuş Əsəd ailəsinin devrilməsi oldu.

İranla İsrail arasında müharibə təhlükəsi

2024-cü ilin əvvəlində İranla İsrail arasında münasibətlər az qala müharibə həddinə çatdı. İranın HƏMAS-ı, Yəməndə husilərin Qırmızı dənizdə quldurluq fəaliyyətini, Livanda “Hizbullah”ın İsrailə qarşı hücumlarını dəstəkləməsi vəziyyəti xeyli gərginləşdirdi. İran və onun dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən İsrailə qarşı 2024-cü il aprelin 13-də raket və dron zərbələri həyata keçirildi. Bu, İran-İsrail münaqişəsi başlayandan bəri iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurma kimi yadda qaldı. Aprelin 1-də İranın Suriyanın Dəməşq şəhərindəki səfirliyinin yanında yerləşən İran konsulluğunun binasına İsrailin hücumu nəticəsində İranın yüksək rütbəli komandiri, briqada generalı Məhəmməd Rza Zahidi də daxil olmaqla 16 nəfər həlak olub. Oktyabrın 1-dən 2-nə keçən gecə İran İsrailə növbəti ballistik raket hücumları təşkil etdi. Ümumilikdə 200-dən çox raket İrandan İsrail ərazisinə atıldı. İran İnqilab Keşikçiləri Korpusundan bildirildi ki, bu hücumlar İranın ali dini lideri Əli Xamneyinin qərarı ilə “Hizbullah” lideri Həsən Nəsrullahın qətlinə cavab olaraq təşkil olunub. Qeyd edək ki, sentyabrın 27-də İsrailin Beyrutda “Hizbullah”ın mərkəzi qərargahını bombalaması nəticəsində təşkilatın baş katibi Həsən Nəsrullah və digərləri öldürülüb. HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin Tehranda öldürülməsi də ilin ciddi rezonans doğuran hadisələrindən idi.

50 illik Əsəd rejiminin sonu

Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi Suriyanın siyasi tarixində dərin iz buraxmış Əsəd ailəsinin 53 illik, BƏƏS partiyasının isə 61 illik hakimiyyətinə son qoydu. 2011-ci ildə "Ərəb baharı" dalğasının bir hissəsi kimi ölkədəki avtoritar idarəçiliyə qarşı xalq narazılıqları ilə başlayan etirazlar tədricən bölgədəki ən mürəkkəb və qlobal təsir gücünə malik böhranlardan birinə çevrilib. İlkin olaraq daxili siyasi böhran kimi görünən bu münaqişə, qısa müddətdə müxtəlif qrupların, regional güclərin və beynəlxalq aktorların iştirak etdiyi çoxsəviyyəli müharibəyə səbəb olub, güc balansını pozub. Bu prosesdə Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması, Suriya Milli Ordusu, kürdlərin Milli Birlik Partiyası - PYD, onun hərbi qanadı YPG qüvvələri və digər qruplaşmalar arasında ərazilərə və strateji məntəqələrə nəzarət uğrunda mübarizə başlayıb.

Sürpriz qələbə - Trampın Ağ Evə qayıdışı

Noyabrda ABŞ-də prezident seçkisi keçirildi, Donald Tramp qalib oldu. Onun Ağ evə qayıdışı ABŞ-nin xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Seçki kampaniyası zamanı Tramp “Birinci Amerikadır” prinsiplərinə əsaslanan, çox vaxt konkret təfərrüatları olmayan geniş siyasət vədləri verdi. Seçki kampaniyası müddətində Tramp dəfələrlə deyib ki, Rusiya və Ukrayna arasındakı müharibəni “bir günə” dayandıra bilər. Necə? Bunu soruşanda isə o, detallara varmaqdan imtina edirdi.

Kurska hücum

İl ərzində Rusiya-Ukrayna müharibəsi də fasiləsiz davam etdi. Lakin bu il əvvəlkilərdən əsas bir məqamla fərqləndi. Ukrayna Silahlı Qüvvələri avqustdan etibarən Rusiyanın Kursk vilayətinə hücum edərək İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq sözügedən ölkənin ərazilərinə nəzarəti ələ keçirdi. 9 avqustda Belqorod, Kursk və Bryansk vilayətlərində antiterror rejiminə start verilib. Ukrayna 1250 km²-dən çox Rusiya ərazini ələ keçirdiyi xəbərini yayıb. Əvəzində isə Rusiya Donbass istiqamətində Ukraynanın yüzlərlə yeni yaşayış məntəqəsini ələ keçirib.

İlin terroru

Mart ayında Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədildi. Baş vermiş terror aktında ölənlərin sayı 150 olub. İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb. Lakin terror təşkilatı iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.

Məsud Pezeşkian İran prezidenti oldu

İranda yayda 14-cü prezident seçkisi baş tutdu. Keçmiş səhiyyə naziri, güney azərbaycanlı Məsud Pezeşkian qalib oldu. Onun prezident seçilməsi müəyyən mənada sensasiya da sayılır. Çünki Pezeşkian bir sıra baxışlarına görə İranda Azərbaycan türklərinin milli assimilyasiyaya məruz qaldığını açıq şəkildə bəyan edənlərdəndir. O, çıxışlarının birində Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərində əsgərlikdə türk olduğu üçün məruz qaldığı milli ayrı-seçkiliyin zərbəsini alandan sonra milli kimliyini daha yaxşı dərk etdiyini söyləyib. İranın ali rəhbəri Xameneidən fərqli olaraq, o, bu məsələni daha aydın şəkildə bildirib.

2024-cü il ərzində dünyada baş verənləri analiz edərkən demək mümkündür ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb. Sadəcə, rəsmi bəyanlar yoxdur və bəşəriyyət bunu hələ tam dərk etmir. Ukraynada genişmiqyaslı müharibə, Yaxın Şərqdə bir neçə cəbhə və Şərqi Asiyada artan gərginlik qlobal münaqişənin ilk mərhələsi hesab oluna bilər. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://publika.az
archiveBu xəbər 30 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri