Icma.az
close
up
RU
2024cü ilin ən nüfuzlu qadınları

2024cü ilin ən nüfuzlu qadınları

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Britaniyanın "Financial Times" qəzeti 2024-cü ilin ən nüfuzlu 25 qadınının siyahısını hazırlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıya səsini cəmiyyətə çatdıran və vacib problemləri göstərən qadınlar daxil ediliblər.

Ən nüfuzlu 25 qadının siyahısı "Qəhrəmanlar", "Liderlər" və "Yaradıcılar" olaraq 3 kateqoriyaya bölünüb.

"Qəhrəmanlar" kateqoriyasına rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya daxil edilib. Bura həmçinin Qəzzadan olan videobloqer Bisan Ovdanı da qeyd edib. Ovdanın sənədli filmi 2024-cü ildə televiziya və videojurnalistika sahəsində ən yüksək mükafatlardan biri olan "Emmy"yə layiq görülüb. Bu siyahıda fransalı Jizel Peliko dayer alıb. Bu kateqoriyaya, həmçinin, Paris meri Ann İdalqo, 2024-cü ildə "Pinter" mükafatına layiq görülmüş hindistanlı yazıçı Arundati Roy və təmsil etdiyi idman növünün tarixində ən titullu idmançı olan amerikalı gimnast Simon Bayls daxildirlər.

"Liderlər" kateqoriyasına Avropa rəqabət komissarı Marqret Vestager, Böyük Britaniyanın ilk qadın xəzinə kansleri Reyçel Rivz, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Meksikanın yeni Prezidenti Klaudia Şeynbaum, London Fond Birjasının baş direktoru və LGBT fəalı Culia Hoggett daxil ediliblər.

"Yaradıcılar"da yaradıcı peşə sahibi olan qadınlar qeyd ediliblər. Buraya amerikalı müğənnilər Teylor Svift və "Charli XCX", fələstinli müğənni Elyanna, irlandiyalı yazıçı Salli Runi, aktrisa Emma Stoun, "Chloe" moda evinin kreativ direktoru Çemena Xamani, Nigeriyada doğulmuş və Londonda bir neçə restoranın şef-aşpazı, təsisçisi Adexoke Bakari daxildirlər.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Dekabr 2024 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see457

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see266

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see262

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see258

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see250

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see245

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see243

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see242

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see233

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see230

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see228

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see227

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see224

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see216

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see212

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see199

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see196

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see185

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see176

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri