Icma.az
close
up
RU
“2025 Azərbaycanın xarici siyasətində tarixi dönüş oldu”

“2025 Azərbaycanın xarici siyasətində tarixi dönüş oldu”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“2025-ci il Azərbaycanın xarici siyasət tarixində mühüm mərhələ kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara söykənən siyasəti nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirmiş, etibarlı tərəfdaş və regionlararası “canlı körpü” kimi nüfuzunu artırmışdır”.

Bu fikirləri “Xalqcəbhəsi.az”a açıqlamasında Milli Məclisin deputaı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, ilk növbədə, Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlığın rəsmiləşdirilməsi xüsusi qeyd olunmalıdır. Bu addım Azərbaycanın qlobal iqtisadi və siyasi proseslərdə rolunu gücləndirməklə yanaşı, Şərq–Qərb əməkdaşlığında ölkəmizin əhəmiyyətini bir daha təsdiqlədi: “Prezidentin Çinə dövlət səfəri zamanı imzalanan Birgə Bəyannamə ölkəmizin çoxşaxəli və balanslaşdırılmış diplomatiyasının bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın qlobal güclərlə bərabərhüquqlu əməkdaşlıq potensialını nümayiş etdirir.
Bununla yanaşı, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkib hissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imza atıldı. Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi və Mərkəzi Asiya Məşvərət Şurasında tamhüquqlu üzv statusu qazanması ölkəmizin çoxtərəfli diplomatiyada artan nüfuzunun göstəricisidir. Təxminən 30 il ərzində yeni üzv qəbul etməyən D-8 kimi nüfuzlu təşkilata Azərbaycanın dəvət olunması beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi yüksək etimadın ifadəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz dərhal bu istiqamətdə fəal işlərə başladı. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Bu da nadir hadisə sayıla bilər. Çünki coğrafi nöqteyi-nəzərdən Azərbaycan Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşir. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər.
2025-ci ildə Azərbaycanın regionlararası əməkdaşlıqda oynadığı rol daha da güclənmişdir. Tranzit həcmlərinin artması, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə fəallığın yüksəlməsi, yeni enerji və rəqəmsal layihələrə start verilməsi ölkəmizin yalnız enerji təchizatçısı deyil, eyni zamanda logistik və texnoloji mərkəzə çevrildiyini göstərir. Bu, Prezident İlham Əliyevin balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun məntiqi nəticəsidir.
İl ərzində Azərbaycanın ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq zirvələr və forumlar da diqqətəlayiqdir. Xankəndi, Şuşa və Qəbələdə keçirilən mötəbər tədbirlər təkcə ölkəmizin artan siyasi nüfuzunu nümayiş etdirmədi, həm də postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu bir daha təsdiqlədi. Bu şəhərlərdə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dayanıqlı inkişaf modelinin real göstəricisidir.Bütün bunlarla yanaşı, Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, onların liderlərinin Azərbaycana çoxsaylı səfərləri, Prezidentimizin beynəlxalq tədbirlərdə iştirakı, qlobal çağırışların yerinə yetirilməsində Azərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi və sair kimi məqamlar da xarici siyasətimizin uğurları sırasındadır.

Sonda deputat qeyd edib ki, ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Xankəndidə Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu və sair kimi beynəlxalq tədbirlər keçirildi. Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsinin təşəbbüsçüsü də Azərbaycan Prezidenti İlham Əliyevdir. Həmin təşəbbüsə uyğun olaraq ötən il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirildi: “Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyur, ölkəmizi etibarlı tərəfdaş və mühüm beynəlxalq aktor kimi möhkəmləndirir. 2025-ci il bu baxımdan Azərbaycanın uğurlar salnaməsində xüsusi yer tutacaqdır.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:356
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri