Icma.az
close
up
RU
2025 ci il bir yaradıcı şəxs kimi mənim üçün uğurlu oldu Xalq yazıçısı Kamal Abdulla

2025 ci il bir yaradıcı şəxs kimi mənim üçün uğurlu oldu Xalq yazıçısı Kamal Abdulla

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bildiyiniz kimi, dekabrın 4-ü Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın 75 yaşı tamam olub. Bununla əlaqədar olaraq, yaxın vaxtlarda həm ölkə daxilində, həm də xaricdə yerləşən müxtəlif universitetlərdə, eləcə də mədəniyyət ocaqlarında Kamal Abdullanın yaradıcılıq hesabatı ilə bağlı silsilə elmi-mədəni tədbirlər keçirilib.

Bu tədbirlərlə bağlı Kulis.az-a açıqlama verən xalq yazıçısı 2025-ci ilin sonlarına yaxın əsərləri əsasında hazırlanmış tamaşalar barədə söhbət açıb: "Bu yaradıcılıq hesabatı ilə bağlı məni təbrik edən bütün nazirliklərə, qurumlara, təşkilatlara, dostlara öz dərin təşəkkürümü bildirirəm. Həqiqətən də, 2025-ci il, xüsusən, ilin sonları bir yaradıcı şəxs kimi mənim üçün uğurlu oldu. Bakıda, Naxçıvanda, Füzulidə, Qazaxda dörd müxtəlif əsərimin tamaşası hazırlanıb tamaşaçılara təqdim edildi. Onların hər biri xüsusi səmimiyyət və qayğı ilə hazırlandı. Həmin teatrların rəhbərliklərinə, tamaşaların rejissorlarına və aktyor heyətinə dərin təşəkkürümü bildirirəm".

Akademik, həmçinin bu il nəşr edilən bir sıra kitablar barədə söhbət açıb: "AMEA-nın müxbir üzvü, professor, yaxın dostum Rafiq Əliyevlə birgə qələmə aldığım, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" kitabı məşhur, dünyanın ən böyük elmi nəşrlərindən biri "Springer" nəşriyyatında çap olundu. İngilis dilində oxuculara təqdim olunan kitab Dədə Qorqud və qeyri-səlis məntiq sahəsində aparılan ilk tədqiqat əsəri kimi böyük maraqla qarşılandı. Bundan əlavə, Rafiq Əliyev və Türkiyənin keçmiş təhsil naziri Ziya Səlcuqla birgə qələmə aldığımız "Uşaqlar üçün qeyri-səlis məntiq" kitabı "Qanun" nəşriyyatında çap edildi. Kitab qeyri-səlis məntiqin banisi, dahi Azərbaycan-amerikan alimi Lütfi Zadənin arzusunu həyata keçirmək məqsədini güdür. Görkəmli alim bu nəzəriyyənin ən ümumi şəkildə məktəblərdə tədrisini arzu edirdi".

Qeyd edək ki, qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq edilən kitabın "Springer" nəşriyyatında çap olunması Azərbaycan ədəbiyyatının, folklorunun dünya ədəbi prosesində təbliği baxımından bir ilkdir və Azərbaycan folklorunu, Qorqudşünaslığı dünya oxucusuna aşılayan, tanıdan ilk araşdırma əsəridir.

Kamal Abdulla eyni zamanda yenicə çapdan çıxmış, xatirələrini əks etdirən nəşr barədə də məlumat verib: "Bu il uşaqlığım, dostlarımla bağlı xatirələrimi də qələmə aldım və o xatirələrin yer aldığı "Unutmağa kimsə var" kitabı da "Qanun"da işıq üzü gördü. Həmçinin "Gizli Dədə Qorqud" adlı ümumiləşdirici kitabım çapdan çıxdı. İndiyə qədər bu mövzuda yazdığım, araşdırdığım materialları bir yerə topladım. Və nəhayət, yeni yeddicildliyim çap edildi. Həmin yeddicildlikdə şeirlərim, pyeslərim, hekayələrim, müsahibələrim və s. yer aldı. Ən maraqlısı odur ki, həmin yeddicildlikdə "Kamal Abdulla və süni intellekt" adlı hissə də işıq üzü gördü. Həmin hissədə süni intellektin mənim haqqımda dedikləri əksini tapdı. Nə mən süni intellekti tanıyıram, nə o məni tanıyır. Amma elə gözəl şəkildə yaradıcılığımı təhlil edib ki, məəttəl qalmışam".

Xalq yazıçısı açıqlamasında bildirib ki, yaradıcılıq hesabatı ilə əlaqədar Ankarada Türk mədəniyyətini araşdırma İnstitutunda, İstanbulda Mərmərə Universitetində, İğdır Universitetində, Naxçıvan Dövlət Universitetində, Bakı Dövlət Universitetində onunla bağlı elmi simpoziumlar keçirilib.

Kamal Abdulla bu yaxınlarda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası keçirilən "Əsgər və Gülçöhrə" tamaşası barədə fikirlərini də bölüşüb: "1945-ci ildə çəkilən "Arşın mal alan" filminin quruluşçu rejissoru mənim dayım Rza Təhmasib olub. Yəqin, başa düşdüyüm və düşmədiyim daxili hisslərimin cövlan etməsi nəticəsində həmin "Arşın mal alan"a başqa prizmadan baxdım. Əslində, bu pyes "Arşın mal alan"ın davamı yox, "Arşın mal alan"ın təsvir etdiyi həyatın davamıdır, həmin hadisənin başqa işıq altında nəzərdən keçirilməsidir. Tamaşanın rejissoru Əsgər Əsgərovun quruluşu, Cavanşir Quliyevin bəstəsi, aktyor oyunu yüksək səviyyədə idi".

Kamal Abdulla sonda Akademik Milli Dram Teatrında yaradıcılıq hesabatının bu illik yekunu kimi nümayiş edilən "Sehrbazlar dərəsi" əsərinə görə teatrın rəhbərliyinə, həmçinin Teatr Xadimləri İttifaqının yubiley və yaradıcılıq hesabatı ilə bağlı xüsusi tədbir və təbrikinə görə xalq artisti Hacı İsmayılov başda olmaqla, ittifaqın əməkdaşlarına minnətdarlığını bildirib.

XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər? "Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid Britaniyalı yazıçı vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri