2025 ci ildə dünyanın yaşayış üçün ən əlverişli şəhərlərinin adı açıqlandı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Danimarkanın paytaxtı Kopenhagen yaşayış üçün dünyanın ən komfortlu şəhərləri reytinqində birinci yeri tutub. Son üç il ərzində bu reytinqdə ardıcıl olaraq lider Vyana olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Economist" məlumat verib.
Böyük Britaniyanın "Economist Intelligence Unit" (EIU) analitik mərkəzinin 2025-ci il üzrə illik reytinqinə 173 şəhər daxildir. Siyahı səhiyyə, təhsil, infrastruktur və ətraf mühit də daxil olmaqla bir neçə amil əsasında tərtib edilir.
Kopenhagen sabitlik, təhsil və infrastruktur baxımından yüksək bal toplayıb. Vyana ikinci yeri Sürixlə bölüşüb. İlk onluqda həmçinin Melburn, Cenevrə, Sidney, Osaka, Oklend, Adelaida və Vankuver yer alıb.
Üç ildən sonra reytinqdə ikinci yerdə qərarlaşan Vyana bir neçə insident səbəbindən mövqeyini itirib. Xüsusilə, ötən il Teylor Sviftin konsertində bomba təhlükəsi səbəbi ilə şəhərin sabitlik göstəricisi xeyli aşağı düşüb.
Reytinqin son sıralarında il ərzində ciddi dəyişiklik olmayıb. Dəməşq yaşayış üçün ən az əlverişli şəhər olaraq qalır. Həmçinin siyahının sonunda Dəkkə, Tripoli, Kəraçi və Əlcəzair qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 İyun 2025 03:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















