Icma.az
close
up
RU
Zelenski tezliklə sülh sazişi imzalamağa məcbur olacaq, amma... ŞƏRH 

Zelenski tezliklə sülh sazişi imzalamağa məcbur olacaq, amma... ŞƏRH 

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lakin bu proses onun siyasi nüfuzunu zəiflədəcək və Ukraynaya fəlakətlər gətirmiş lider kimi xalqın yaddaşında qalacaq

 Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə birlikdə hazırlanan müharibənin dayandırılması planının ərazilər məsələsinə dair bəndini jurnalistlərə təqdim edib. O qeyd edib ki, hazırda bu problemə bir neçə mümkün həll variantı nəzərdən keçirilir. Plan çərçivəsində Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində qoşunların yerləşdiyi xəttin de-fakto təmas xətti kimi tanınması müzakirə olunur. Eyni zamanda, münaqişənin dayandırılması üçün zəruri qüvvələrin yerdəyişməsini müəyyənləşdirmək və potensial gələcək xüsusi iqtisadi zonaların parametrlərini təyin etmək məqsədilə işçi qrupun yaradılması planlaşdırılır.

Zelenski bildirib ki, azad iqtisadi zona variantı suveren dövlətin seçə biləcəyi potensial imkanlardan biridir, lakin hər hansı xüsusi status verilməzdən əvvəl Ukraynada referendum keçirilməlidir. Prezident qeyd edib ki, hazırda Ukrayna qüvvələri dayandıqları mövqelərdə qalır və danışıqlar uğursuz olarsa, müharibənin davam etməsi və ya potensial iqtisadi zonaların yaradılması kimi iki variant mövcuddur.

Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, hazırkı Ukrayna-Rusiya münaqişəsi, faktiki olaraq, strateji dilemmanın ən mürəkkəb mərhələsinə çatıb. ABŞ və Rusiya tərəfindən Ukraynaya təqdim olunan ərazi mübadiləsi təklifi Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsi ilə Rusiya tərəfindən tutulan Xarkov, Dnepropetrovsk, Nikolayev və Sumı vilayətlərinin dəyişdirilməsini nəzərdə tutur: “Yəni Donetskin Ukraynanın nəzarətində olan hissəsinin qarşılığında Rusiya Xarkov, Dnepropetrovsk, Nikolayev və Sumı vilayətlərindən tutduğu əraziləri Ukraynaya verməyə hazır olduğunu bildirir.

Zelenski isə bu təklifi qəbul etmək istəmir, çünki bu, həm daxili siyasi mənzərə, həm də xalqın emosional reaksiyası baxımından onun üçün ağır nəticələr doğura bilər.

Zelenski ABŞ-nin azad iqtisadi zona yaratmaq təklifinə də elə əlavələr edir ki, o da qəbulolunmaz şəklə düşür.

Yəni Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsindən Zelenski qoşunları çıxartmağa hazır olduğunu deyir və həmin ərazidə azad iqtisadi zona yaratmağı təklif edir. Bunu ruslar da qəbul edir. Qəbul olunmayan isə Zelenskinin digər tələbləridir.

Zelenskinin ərazinin heç kimin tam tabeçiliyinə verilməməsi və orada hərbi qüvvələrin olmaması tələbi Moskva tərəfindən qəbul edilmir. Rusiya tərəfi bildirir ki, ərazidə hərbi birləşmələr olmasa da, polis və Ros Qvardiyası hərbi qüvvələrinin mövcudluğu təmin olunacaq”.

Politoloq bildirib ki, Zelenskinin mövqeyi strateji baxımdan məntiqsiz deyil, lakin praktiki olaraq Ukraynanın resurs və imkanları ilə uyğun gəlmir. Ukrayna faktiki olaraq işğalı dayandırmaq və torpaqları qorumaq gücündə deyil. Əgər ABŞ tərəfindən dəstək azalarsa və ya dayandırılsa, Rusiya tərəfi əraziləri daha sürətlə ələ keçirəcək: “Hadisələrin gedişi göstərir ki, Rusiya addım-addım Ukraynanın nəzarətində olan ərazilərdə irəliləyir. Donetsk vilayətinin qalan hissəsinin yaxın bir il ərzində işğalı real görünür. Eyni zamanda, Rusiya əvvəlki güzəştləri verməyə hazır deyil və Ukraynanın tələblərini yalnız məhdud çərçivədə qəbul edir. Zelenski əgər bu vəziyyətdə güzəştə getsəydi, xalqın emosional reaksiyası və siyasi zərbələr qaçılmaz olardı. Buna görə də prezident faktiki olaraq çıxılmaz vəziyyətdədir.

Ukraynanın mübarizə gücü olsaydı, Zelenskinin mövqeyi tam başa düşülər və legitim olardı. Lakin hazırkı şəraitdə, hər gün ərazi itirilməsi fonunda, ABŞ-nin sülh təklifini qəbul etmək strateji baxımdan daha real variantdır. Bununla belə, Zelenski bunu edə bilmir, çünki daha əlverişli şərtləri gözləyir və keçmiş administrasiyalar da bunu təmin etməyib. Nəticədə, yaxın gələcəkdə Ukrayna sülh sazişi imzalamağa məcbur olacaq və bu, ölkənin daxili və xarici siyasətinə ciddi təsir göstərəcək”.

A.Səmədov həmçinin qeyd edib ki, ABŞ tərəfindən Ukraynaya ayrılan maliyyə dəstəyi kifayət etmir: “2025-ci ildə 50 milyard dollardan bir qədər artıq yardım təmin edilib, halbuki Ukraynanın hərbi və iqtisadi tələbləri bundan daha böyükdür. Hər il 80 milyard dollar civarında yardım olsa da, Ukrayna torpaqlarını azad etmək üçün bu məbləğ yetərli deyil. Ekspertin qənaətincə, gələcəkdə daha böyük maliyyə dəstəyi olmadan Ukraynanın ərazi bütövlüyünü qoruması praktik olaraq mümkün olmayacaq.

Nəticə etibarı ilə Zelenski yaxın gələcəkdə sülh sazişi imzalamağa məcbur olacaq, lakin bu proses onun siyasi nüfuzunu zəiflədəcək və Ukraynaya fəlakətlər gətirmiş lider kimi xalqın yaddaşında qalacaq. Eyni zamanda, korrupsiya və xarici təsirlərin artması, ABŞ tərəfindən şantaj vasitəsi kimi istifadə olunması, Ukrayna üçün strateji seçim imkanlarını daha da məhdudlaşdırır.

Bu reallıqlar fonunda, Ukraynanın hazırkı liderliyi ABŞ və Avropanın dəstəyi ilə məhdud resurslar çərçivəsində taktiki addımlar atmağa çalışır, lakin uzunmüddətli strateji perspektivdə ciddi risklər mövcuddur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri