Icma.az
close
up
RU
Müsəlmanlar Yeni ili qeyd etməlidirmi? İlahiyyatçıdan MÜHÜM açıqlama

Müsəlmanlar Yeni ili qeyd etməlidirmi? İlahiyyatçıdan MÜHÜM açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Yeni ilin qeyd olunmasının dini baxımdan düzgün olub-olmaması son illər cəmiyyətdə tez-tez müzakirə olunur. Bəziləri Yeni ili xristian bayramı hesab edir və müsəlmanların bu günü qeyd etməsini düzgün saymır. Digərləri isə bu yanaşmanın Qurani-Kərimə əsaslanamadğını bildirir. Bəs deyilənlər nə dərəcədə həqiqətə uyğundur?
"Ölkə.az" xəbər verir ki, ilahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı Musavat.com-a deyib ki, dini məsələlərdə qəti hökm vermək insanın səlahiyyətində deyil. Onun sözlərinə görə, peyğəmbərlər istisna olmaqla heç kim “son həqiqət” iddiası irəli sürə bilməz. İnsan yalnız öz dəlillərini təqdim edib gəldiyi nəticəni deyə bilər. Kimisə kafir, münafiq, mürtəd və ya azğın adlandırmaq isə yalnız Allaha məxsus olan bir hökmdür. Bu məsuliyyəti öz üzərinə götürmək böyük günah sayılır. Quranda zaman anlayışı ilahi nizamın bir hissəsi kimi təqdim olunur. “İsra” surəsinin 12-ci ayəsində gecə və gündüzün yaradılmasının məqsədi insanların illərin sayını bilməsi və həyatlarını nizamlaya bilməsi kimi izah edilir. Bu, təqvim, il və zaman ölçüsünün dini baxımdan qəbul edildiyini göstərir. Eyni zamanda Qurana görə insanlar dəyər baxımından bərabərdir, üstünlük isə yalnız təqva ilə ölçülür.

Fərid Abdulla 
Həmrəylik və birlik də Quranda açıq şəkildə təşviq olunur. “Maidə” surəsinin 2-ci ayəsində yaxşılıq və təqva üzərində yardımlaşmaq əmr edilir, günah və düşmənçilik üzərində yardımlaşmaq isə qadağan olunur. Bu həmrəylik anlayışı konkret günlə məhdudlaşmır, əsas şərt niyyətin və əməlin xeyirli olmasıdır.
Quranda bayram anlayışı da mövcuddur. “Maidə” surəsinin 114-cü ayəsində İsa peyğəmbərin duasında “bayram” sözü açıq şəkildə işlədilir. Bu ayə göstərir ki, bayram anlayışı Qurana zidd deyil və Allah tərəfindən rədd edilmir. Hətta “birincimiz və sonuncumuz üçün” ifadəsi bayramın davamlı xarakter daşıya biləcəyinə işarə edir.
Ərəb dilində “əl-İyd” sözü əhəmiyyətli və mənalı hadisəni yad etmək üçün keçirilən gün deməkdir. Bayram təkcə əyləncə deyil, məna və niyyət daşımalıdır. Əgər xeyir, şükür və mənəvi dəyərlər ön plandadırsa, bu, dini baxımdan qəbul edilə bilən çərçivəyə düşür”.

İlahiyyatçı qeyd edib ki, Quranda insan həyatının və mərasimlərin ilahi dəyərlərlə “rənglənməsi” anlayışı da mövcuddur: “Bəqərə surəsinin 138-ci ayəsində qeyd olunan “Allahın boyası” ifadəsi insanın davranış və adətlərinin ilahi ölçülərlə uyğun olmalı olduğunu bildirir. Haram və günah bu ölçülərin içində yer ala bilməz. Eyni zamanda halal olan şeylərdə də həddin aşılması qadağandır. Quranda israf pislənir və balansın qorunması tövsiyə olunur. Bu, bayram və ya xüsusi günlərin qeyd olunmasına da aiddir. Yeməkdə, xərcləmədə və davranışda ölçünü itirmək Qurani yanaşmaya ziddir. Qurana görə mal-dövlətin həqiqi sahibi Allahdır. İnsan qazandığı ruzidə ehtiyac sahiblərinin də haqqının olduğunu bilməlidir. Bu baxımdan bayram və xüsusi günlər paylaşmaq, yardımlaşmaq və başqalarını da düşünmək üçün fürsət ola bilər.
Nəticə etibarilə, Quranda həmrəylik ilahi əmr kimi təqdim olunur, bayram anlayışı mövcuddur və bayramların sayı və tarixi konkret şəkildə məhdudlaşdırılmır. Əsas meyar niyyətin xeyirli olması, şükür, mənəviyyat və israfdan uzaq durmaqdır. Bu baxımdan Yeni ilin qeyd olunması avtomatik olaraq haram və ya qadağan sayıla bilməz. Əsas məsələ onun necə, hansı niyyətlə və hansı dəyərlərlə qeyd olunmasıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri