Icma.az
close
up
RU
2025 ci ildə ölkədə qoyunların sayı artıb, yoxsa azalıb?

2025 ci ildə ölkədə qoyunların sayı artıb, yoxsa azalıb?

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda qoyun və keçilərin sayı son illər ərzində ciddi şəkildə azalıb. AzPost bildirir ki, bu ilin may ayının əvvəlinə olan rəsmi məlumata əsasən, ölkədə 6 milyon 920 min baş qoyun və keçi qeydə alınıb. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 7 milyon 206 min baş olub. Sadə hesabla, bir il ərzində 286 min baş azalma baş verib — bu da təxminən 4 faizlik geriləmə deməkdir.

2025-ci ilin əvvəlindən bu günə qədər isə cüzi artım müşahidə olunur. Yanvar ayında ölkədə 6 milyon 896,5 min baş qoyun və keçi mövcud idi. Bu da 0,3 faiz və ya 23,5 min baş artım deməkdir. Lakin bu artım ümumi eniş tendensiyasını dəyişmək üçün yetərli görünmür.

Ən diqqətçəkən məqam isə son beş ildəki geriləmədir. Belə ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə qoyun və keçilərin sayı 1 milyon 359 min baş azalıb. Faiz ifadəsində bu azalma 16,4 faiz təşkil edir ki, bu da heyvandarlıq sektorunda ciddi struktur dəyişikliklərinin və ya iqtisadi çətinliklərin göstəricisi ola bilər.

Beş ilin aprel aylarında qeyd olunan rəsmi statistika aşağıdakı kimidir:

2021 – 8 milyon 279,2 min baş

2022 – 8 milyon 168,8 min baş

2023 – 7 milyon 751,7 min baş

2024 – 7 milyon 206 min baş

2025 – 6 milyon 920 min baş

Bu azalma kənd təsərrüfatı sahəsindəki maliyyə yükünün artması, yemin bahalaşması, otlaq sahələrinin azalması və iqlim dəyişikliyinə bağlı risklərlə izah oluna bilər. Bəzi mütəxəssislər qoyunçuluq və keçiçiliklə məşğul olan fermerlərin gəlir gözləntilərinin azalması səbəbilə sahədən uzaqlaşdığını bildirir.

Qoyun və keçi əti istehlakı Azərbaycanın daxili ərzaq təhlükəsizliyi üçün vacib faktorlardan biridir. Sayın azalması həm ət, həm də yun məhsullarının qiymətinə dolayısı ilə təsir göstərə bilər.

Mütəxəssislər bildirir ki, mövcud azalma tendensiyasının qarşısını almaq üçün subsidiyaların artırılması, otlaq sahələrinin qorunması və məhsulun satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi vacibdir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri