Icma.az
close
up
RU
2025 ci ilin deputat səfərləri: kim, hara, nə qədər...

2025 ci ilin deputat səfərləri: kim, hara, nə qədər...

Icma.az bildirir, Modern.az portalına istinadən.

2025-ci ilin sonuna saylı günlər qalır. Yola saldığımız ildə parlament fəaliyyətinə nəzər salarkən mənzərəni yalnız qəbul edilən qanunlar üzərindən qiymətləndirmək kifayət etmir.
Bu dövr həm də Milli Məclis üzvlərinin beynəlxalq müstəvidə apardığı təmsilçilik fəaliyyəti ilə ölçülür. Çünki bu səfərlər parlament diplomatiyasının genişlənməsi, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla dialoq və regional proseslərdə iştirak baxımından fərqli siyasi məzmun kəsb edir.
Modern.az saytı bu əsnada 2025-ci ildə xaricə ən çox səfər edən deputatları araşdırıb.
124 deputat arasında ən çox xarici səfər edən parlament üzvü Azay Quliyev olub. O, uzun illərdir Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT PA) ölkəmizi təmsil edir. Deputat il ərzində 11 səfər həyata keçirərək 7 fərqli ölkə və şəhərə gedib. Bu səfərlərə İtaliya (2 dəfə), Portuqaliya, Danimarka, Rumıniya (2 dəfə), Monteneqro, Avstriya (3 dəfə) və Finlandiya daxildir.
Ən çox xarici səfər edən deputatlar sırasında əvvəlki illərdə diplomatik fəaliyyəti ilə seçilən millət vəkilləri də üstünlük təşkil edir.
Belə ki, vaxtilə Xarici İşlər Nazirliyində Baş idarə rəisi vəzifəsində çalışmış, VII çağırış Milli Məclisin deputatı Qaya Məmmədov il ərzində 10 səfər həyata keçirib. O, iki dəfə Avstriyada olmaqla yanaşı, Portuqaliya, Macarıstan, Latviya, Polşa, Türkiyə, Sloveniya və Moldovaya səfər edib.
Komitə sədrləri arasında ən çox xarici səfər edən deputat Əhliman Əmiraslanov olub. Azərbaycan Türkiyə parlamnetlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan komitə sədrinin səfərlərinin sayı 9, səfər etdiyi ölkələrin sayı isə 6-dır.
Deputat il ərzində Qazaxıstan, Türkiyə (3 dəfə), Qırğızıstan, Şimali Kipr (2 dəfə), Gürcüstan və Rusiyaya səfərlər edib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev il ərzində 8 xarici səfər həyata keçiriblər.
Səməd Seyidov ABŞ-a üç dəfə səfər etməklə yanaşı, İspaniya, Türkiyə, Özbəkistan və Rusiyada da olub.
Arzu Nağıyev isə Azərbaycan–Gürcüstan əlaqələri üzrə işçi parlamentlərarası qrupun rəhbəri kimi ən çox səfəri (3 dəfə) Gürcüstana edib. Bundan əlavə, o, Rusiya, Avstriya və Özbəkistana da səfərlər həyata keçirib.
Tahir Mirkişili, Cavanşir Feyziyev və Rizvan Nəbiyev də il ərzində xarici səfərləri ilə parlament diplomatiyasına töhfə verən deputatlar sırasında yer alır.
Onların hər biri 7 səfər edib. Tahir Mirkişili İtaliya, ABŞ, Avstraliya və Sloveniya kimi inkişaf etmiş ölkələrə səfərləri ilə diqqət çəkib.
Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev isə ən çox səfəri məhz Şimali Kiprə edib və bu baxımdan xüsusilə seçilir. O, il ərzində Şimali Kiprlə yanaşı Türkiyə və Özbəkistana da səfərlər edib.
20 ildən artıq diplomatik fəaliyyəti olan Rizvan Nəbiyev deputat kimi də bu sahəyə töhfəsini verib. Parlamentə ilk dəfə seçilməsinə baxmayaraq, o, il ərzində 7 xarici səfər həyata keçirib. Deputatın səfər etdiyi ölkələr sırasında İraq, Bəhreyn, İran, Qətər, Türkiyə, ABŞ və Cenevrə yer alır.
İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli il ərzində İtaliyaya 4 dəfə səfər edib. Bununla yanaşı, deputat Avstraliya və Özbəkistana da səfərlər həyata keçirib.
İl ərzində ən çox xarici səfər edən qadın deputat isə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova olub. O, il ərzində 6 dəfə xarici səfərə çıxıb. Deputatın səfər etdiyi ölkələr Qazaxıstan, Türkmənistan, Türkiyə, Özbəkistan və Rusiya olub.
İlin ən çox müzakirə olunan səfərlərindən biri isə may ayında deputat Azər Badamovun Rusiyaya səfəri zamanı baş verən insidentlə yadda qalıb. Belə ki, Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində hava limanından geri qaytarılıb.
O zaman Azər Badamovun daxil olduğu nümayəndə heyətinin səfəri Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – hökumət sədri Denis Afanasyevin dəvəti əsasında, Heydər Əliyevin doğum günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədi daşıyırdı. Deputatın Rusiyaya girişinə qadağa qoyulmasının səbəbi kimi onun “anti-rus” çıxışları göstərilib.
İlin ən yaddaqalan görüşlərindən biri isə ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında baş tutan ikitərəfli görüş olub. Görüşdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, eyni zamanda Azay Quliyev, Gülşən Paşayeva, Pərvin Kərimzadə iştirak edib.
P.S. Milli Məclisin sədri Sahibə Qafarova və onun rəhbərliyi ilə həyata keçirilən xarici görüşlər məqaləyə daxil edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri