Simeone “Atletiko”nun qələbəsini şərh etdi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 14-cü turunda “Elçe” üzərində 3:2 hesabı ilə qazandıqları qələbəni şərh edib.
İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis komandasının üstünlüyünə baxmayaraq, qarşılaşmanın sonunadək gərgin mübarizə aparmaq məcburiyyətində qaldığını bildirib:
“Yaxşı oyunlar keçirirdik, bu qarşılaşmaya da yaxşı başladıq, lakin üzücü səhvə yol verdik və rəqib oyuna qayıtdı. Xulian Alvares möhtəşəm qol vurdu, amma David Hankodan rikoşet rəqibi yenidən oyuna qaytardı. Biz dördüncü qolu vura bilərdik, onlar isə hesabı bərabərləşdirə bilərdilər. Rəqibin belə oyunları çox olub, onlar sona qədər mübarizə aparırlar. Çətinliklərlə üzləşə biləcəyimizi bilirdik və buna dözməyi bacardıq”.
Simeone komandasının müdafiədə yol verdiyi səhvlərə də toxunub:
“Səhvlər etdik, xüsusilə Mark Pubilin səhvini qeyd etmək olar. Ancaq oyunun nəticəsini təhlükə altına qoymamaq üçün imkanlarımız var idi”.
Baş məşqçi qarşılaşmanın həlledici qolunu vuran Xulian Alvaresin çıxışını yüksək qiymətləndirib:
“Xulian Alvares yenə möhtəşəm oyun keçirdi. Əla qol vurdu. Özünü yaxşı hiss etməsi və potensialını ortaya qoyması üçün onun qayğısına qalacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 Noyabr 2026 01:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















