Icma.az
close
up
RU
2025 ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025 ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən 17 biznes subyektinə “Dayaq” mükafatı təqdim edilib.

XQ xəbər verir ki, 2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesdədir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə 300-dən çox iş adamı, startap, biznes assosiasiyaların nümayəndələri, millət vəkilləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sahibkarlığın inkişafının yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən həyata keçirilən 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki artımları, əmək müqavilələrinin sayının 45 faiz və ya 595 min artdığını, bu artımın 92 faizinin özəl sektorun payına düşdüyünü diqqətə çatdırıb. 2018-2025-ci illərdə əməkhaqqı fondunda 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artım olduğunu deyən nazir qeyd edilən dövrdə nazirlik tərəfindən 2,1 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu bildirib. Anar Əliyev ölkəmizdə dayanıqlı mexanizmlərə əsaslanan sosial tərəfdaşlıq sisteminin formalaşdığını, bu sistem vasitəsilə işçilərin hüquqlarının qorunması ilə yanaşı, həm də sahibkarların maraqlarının təmin edildiyini, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin imzalandığını, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın uğurlu fəaliyyətini qeyd edib. O, sahibkarlığa dəstək tədbirlərinin həm vətəndaş rifahının yüksəldilməsinə, həm də iqtisadi inkişafa xidmət etdiyini bildirib, “Dayaq” mükafatına layiq görülən iştirakçıları təbrik edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2025-ci ilin iqtisadi mənzərəsi və özəl sektorun inkişaf göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. İqtisadi siyasətin əsas istiqamətlərindən olan qeyri-neft-qaz sektorunun inkişafı nəticəsində bu sahə 2021-2024-cü illərdə hər il orta hesabla 6,7 faiz artıb və onun iqtisadiyyatda payı 68 faizə yüksəlib, hazırda bu rəqəm 70 faizdən çoxdur. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsindədir. Son illərdə dövlətin əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər qısa müddətdə qayıtmasıdır. Dövlət və özəl sektor əməkdaşlığı bu sahədə də özünü müsbət mənada göstərir və bizneslər Böyük Qayıdış prosesində fəal iştirak edirlər.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında KOB-ların dayanıqlı və davamlı iqtisadi inkişafda artan rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər.

Sonra 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Əlillik məhdudiyyət deyil”, “İlin investoru”, “Uğurlu qadın sahibkar”, “Ölkədə turizmin inkişafı”, “İnnovativ həllər”, “Ekoloji məsuliyyət”, "Uğurlu istehsalçı", “Fəal ixracatçı şirkət”, "Halal biznes", “Yeni nəfəs, yeni görüntü”, "Uğurlu startap", “Milli biznesin beynəlxalq təsir gücü”, “Tekstil – peşəkar fəaliyyət”, “Rabitə xidmətlərinin inkişafı”, “Kənd təsərrüfatında uğur” və “Naxçıvanda uğurlu biznes” nominasiyaları üzrə mükafatlandırılıblar.

Tədbir çərçivəsində “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə təşkil olunub. “Ekvita” şirkətinin baş direktoru İlqar Mehtinin moderatorluğunda panel müzakirədə sahibkarlıq ekosistemləri üzrə fəlsəfə doktoru Qənirə İbrahimova, “Times Consulting”in direktoru Elqar Bağırov, “Kapital Bank” ASC-nin Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktoru Nəsimi Xasıyev, “Hesabat.az”, “CİB Biznes” və “TechLaw.az” layihələrinin təsisçisi Hacıağa Hacı KOB-larla bağlı əsas çağırışlar, yeni imkanlar, dövlət dəstəyi və innovativ yanaşmalar barədə fikir və təkliflərini bölüşüblər.

Eyni zamanda tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinin qalibləri təqdim edilib. Qeyd edək ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 7 qrant müsabiqəsi keçirilib. 7-ci qrant müsabiqəsi çərçivəsində 30 KOB subyektinin layihəsinə 525 min manat olmaqla, ümumilikdə indiyədək keçirilmiş müsabiqələr çərçivəsində KOB-ların 129 layihəsinə 2,2 milyon manatdan çox qrant vəsaiti ayrılıb.

Həmçinin tədbirdə 2025-ci ildə uğur qazanmış sahibkarlar uğur hekayələrini bölüşüb, startaplar innovativ layihələrini təqdim edib, sahibkarlıqla bağlı film nümayiş olunub.

Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 4 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafat sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır. “Dayaq” mükafatı yalnız sahibkarlara təşəkkür deyil, həm də biznesin yeni təşəbbüslərə və daha böyük hədəflərə doğru addımlaması üçün çağırış və dövlətin daima sahibkarın yanında olmasının göstəricisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see196

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see172

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri