Icma.az
close
up
RU
Muzeydə rəssamlıq sərgisi

Muzeydə rəssamlıq sərgisi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalça Muzeyinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi altında “LèRami” art studionun tələbələrinin iştirakı ilə "Aether" adlı qrup sərgisi keçirilib.

Sərgidə Təranə Quliyeva, Lalə Havıyeva, Sevinc Məhəməliyeva, Sabina Quliyeva, Fidan Vəlizadə, Günel Taşkın, Asiman Şükürova, Vüsalə Nuruzadə, Günel Amanova, Zümrüd Məmmədova, Tamilla Kazımlı, Aytac Nağıyeva, Nigar Kərimova, Aytən Baxşıyeva, Aytən Huseynova İsmayılova, Nərgiz Əbilova, Ayan Hüseynova, Aysu Məmmədli, Suri Huseyn, Aynur Şahbalayeva öz rəsm əsərləri ilə iştirak ediblər.

Qeyd edək ki, Ramilə Şamilova, estetik dünyasına böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət səyahəti 12 yaşında başlayıb və müxtəlif təhsil müəssisələrində, o cümlədən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. R.Şamilova, həmçinin London Müasir İncəsənət Muzeyinin "Müasir İncəsənət və İdeyalar"ı kursunda onlayn təhsil alıb. O, sənətə olan bağlılığını şəxsi təcrübəsindən kənara çıxaraq, çoxsaylı sərgilərdə kuratorluq etməklə və işlərini nüfuzlu məkanlarda nümayiş etdirmək şərəfinə nail olmuşdur.

Rəssam Ramilə Şamilovanın tələbələri, sənət dünyasında öz yollarını aydınlaşdırmağa davam edir. Bu il  keçirilməsi nəzərdə tutulan sərgidə 20 tələbənin ümumilikdə 50 rəsm əsəri nümayişi gözlənilir. Ekspozisiyada 30 yaşdan yuxarı 30 rəssam və 1 uşaq rəssamın əsərləri yer alacaq.

Bu sərgi, Ramilə Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını qeyd etmək üçün mükəmməl bir fürsətdir. Sərgi, həmçinin tələbələrin yaradıcılıq çeşidini və sənətə olan yanaşmalarını nümayiş etdirəcək.

“LèRami” art studianın əsas məqsədi 30 yaş üstü xüsusi ilə qadınların, vaxtıikən rəsmlə məşğul olmaq istəyib amma məşğul ola bilməyib, indi isə öz uşaqlıq arzularını reallaşdırmaq üçün buraya toplaşıblar. Məqsəd bir çoxunda eyni olsada zamanla öz təşəbbüslərinə görə inkişaf yolu dəyişir, təkcə rəsm çəkmək deyil eyni zamanda daxillərindəki məni çıxartmağa özləri özlərinə kömək edirlər. Bir çoxları bugünə kimi özümü sanki unutmuşdum yadıma saldım yenidən kimi  ifadələr işlədirlər. Mən bu hissləri tam anlamasamda bir çoxlarından eşitdiyimə görə nə qədər dərin qatı olan yara kimi ifadə etdiklırini anlayıram. Düşüncələrimiz, hisslərimiz, yaşadıqlarımızla tək başına üzləşmək düşündüyümüzdən də çətin imiş. Ən asan həll yolu olan qaçış bir gün yorğunluğa və məcburi şəkolda dayanmağa vadar edir. Və o anda kətanla fərdin arasında olan həyat alış-verişi başlayır. Və zəhərini tökməsən yenidən yarana bilmirsən. Qadınlar özlərini unutmasınlar həyat ən çox onlar üçün sürətlə gedir. Bizim məqsəd sadədir, dəvətimiz özlərini yenidən sevməyə, tanımağa və yaranmağa vadar etməkdir.

Bu sərgidə iştirak edən tələbələrin demek olarki hər birinin öz başqa profesiyanal sahələri var və onlar bunu etməklə həm uşaqlıq arzularını reallaşdırmış həm də öz xobbilərini profesiyanal formada təqdim etməkdir. Və bununlada bu işi  böyük şövqlə bacardıqlarını özlərinə və ətrafdakilarına sübut edirlər.

Sərgidə 35 rəssam olmaqla 85 əsər yer alır. Böyüklərlə yanaşı uşaqlar da bu sərgidə iştirak edərək öz istedadlarını nümaiş etdirilər. Əsərlər ən böyük 2 metr ən balaca isə A5 ölçülərində yağlı boya və qrafika olmaqla dəyişir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri