Icma.az
close
up
RU
2025 ci ilin ilk yarısı: zəifləyən qeyri neft sektoru hansı siqnalları verir?

2025 ci ilin ilk yarısı: zəifləyən qeyri neft sektoru hansı siqnalları verir?

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın 2025-ci ilin ilk altı ayı üzrə cari əməliyyatlar balansı (CƏB) 2 milyard 317,4 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% azalma deməkdir. Göstəricilərin təhlili ölkə iqtisadiyyatında ikili tendensiyanı ortaya qoyur: neft-qaz sektorunun güclənməsi fonunda qeyri-neft sektorunda kəsirin artması.

Neft-qaz sektorunda artım

2024-cü ilin ilk yarısında 6 milyard 948,2 milyon ABŞ dolları həcmində profisit verən neft-qaz sektoru 2025-ci ilin eyni dövründə 7 milyard 327,0 milyon dollara yüksəlib. Artım tempi 5,5% təşkil edib. Bu dinamika, əsasən, dünya bazarında neft və qaz qiymətlərinin əlverişli olması, eləcə də ixrac həcmlərinin qorunub saxlanması ilə izah oluna bilər. Beləliklə, Azərbaycan iqtisadiyyatının ənənəvi dayağı olan enerji sektoru cari əməliyyatlar balansının müsbət qalmasında həlledici rol oynamaqda davam edir.  

Qeyri-neft sektorunda dərinləşən kəsir

Digər tərəfdən, qeyri-neft sektoru üzrə mənfi saldo daha da dərinləşib. 2024-cü ilin ilk altı ayında 4 milyard 322,9 milyon ABŞ dolları olan kəsir 2025-ci ildə 5  milyard 9,6 milyon dollara çatıb. Bu, 15,9%-lik artım deməkdir. Belə bir mənzərə qeyri-neft ixracının kifayət qədər sürətlə artmaması və idxal asılılığının yüksək səviyyədə qalması ilə bağlıdır. Bu tendensiya ölkə iqtisadiyyatında diversifikasiyanın zəif tərəflərini də üzə çıxarır.

Balans komponentlərinin dinamikası

Xarici ticarət balansı 4 milyard 161,4 milyon dollardır, yəni 2024-cü ilə nisbətən 10% azalma baş verib. Bu, ixracın idxala nisbətən üstünlüyünün zəiflədiyini göstərir.

Xidmətlər balansı -1  milyard 48,1 milyon dollardır. Kəsir ötən ilə nisbətən 5,7% azalıb ki, bu da turizm və nəqliyyat kimi xidmətlərdən daxilolmaların artması ilə bağlıdır.

İlkin gəlirlər balansı -1  milyard 78,1 milyon dollar olub. Xarici investorların dividend və faiz gəlirlərinin azalması nəticəsində kəsir 12,3% azalıb. Bu, valyuta axınının zəifləməsi baxımından müsbət haldır.

Təkrar gəlirlər balansı 282,2 milyon dollar təşkil edib. Göstərici 17,8% azalıb. Əsasən diaspor köçürmələrinin və digər təkrar daxilolmaların zəifləməsi ilə bağlıdır.

İxracın 86,2%-i neftdir

Neft-qaz sektoru üzrə ixrac 10 milyard 537,3 milyon dollar təşkil edərək ümumi ixracın 86,2%-ni verib. Bu göstərici 2024-cü ilə nisbətən 2,3% azalsa da, sektor hələ də xarici ticarətin əsas dayağıdır. İdxal isə cüzi azalaraq 1 milyard 114,3 milyon dollar olub. Beləliklə, sektorun xarici ticarət saldosu 9,4 milyard dollar səviyyəsindədir.

Qeyri-neft sektorunda kəsir dərinləşir

Qeyri-neft ixracı 7,6% artaraq 1 milyard 688,7 milyon dollara yüksəlib. Lakin qeyri-neft idxalı daha sürətlə – 5,5% artaraq 6 milyard 950,3 milyon dollara çatıb. Nəticədə, qeyri-neft sektorunda kəsir 5,3 milyard dollara qədər dərinləşib. Bu, idxaldan yüksək asılılığın davam etdiyini göstərir.

Ümumilikdə geridə qoyduğumuz 2025-ci ilin ilk yarısı göstərdi ki, Azərbaycan iqtisadiyyatı hələ də yüksək dərəcədə neft-qaz sektorundan asılıdır. Enerji ixracının artımı cari əməliyyatlar balansını müsbət saxlayır, lakin qeyri-neft sektorunda kəsirin böyüməsi balansın dayanıqlığını zəiflədir.

Orta və uzunmüddətli perspektivdə iqtisadi təhlükəsizlik və makroiqtisadi sabitlik üçün qeyri-neft ixracının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və xidmət sektorunun inkişafına nail olmaq üçün ciddi addımlar tələb olunur. Ə

Yeri düşmüşkən əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, avqustda qeyri neft-qaz sektorunda iqtisadi artım sürəti 3,1 faizdən 2,6 faizə yavaşlayıb. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında iqtisadiyyatın  qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz artmışdır. 2025-ci ilin yanvar-iyul aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda  əlavə dəyər  3,1 faiz artmışdı.

© ENA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri