Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Kriptovalyuta bazarı tənzimləmə və likvidlik arasında: 2025 ci il hansı siqnalları verir

Kriptovalyuta bazarı tənzimləmə və likvidlik arasında: 2025 ci il hansı siqnalları verir

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bunun əsas səbəbi, son bir il ərzində ödəniş infrastrukturunun nəzərəçarpacaq dərəcədə sürətlənməsi və istənilən tənzimləyici mühitdə oxunan göstəricilər baxımından “kütləviləşməsi”dir. Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadla açıqlanan məlumatlara görə, 2025-ci ilin aprel ayına qədər ödəniş kartları üzrə aylıq nağdsız ödənişlərin həcmi 10 milyard manata yaxınlaşmış, ilin ilk dörd ayı ərzində bu cür ödənişlərin həcmi 67%-dən çox, əməliyyatların sayı isə 91%-dən artıq artmışdır. Həmçinin xüsusi olaraq vurğulanmışdır ki, ölkədaxili kart əməliyyatlarının təxminən 10-dan 9-u artıq nağdsız formada həyata keçirilir.
İnstitusional dizayn səviyyəsində də 2025-ci il “çərçivələr ili” kimi xarakterizə olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankı 2025-ci ilin avqust ayında innovasiyaların pilot sınaqlarına sistemli yanaşmanı formallaşdıraraq tənzimləyici “sandbox” rejimində məhsulların testinin birinci mərhələsini başa çatdırmışdır. Payız aylarında isə Digital Finance təşəbbüsü çərçivəsində Açıq bankçılığın praktiki tətbiqinə artıq maliyyə sektorunun ayrıca strateji istiqaməti kimi start verilmişdir.
Eyni zamanda, Azərbaycanın aparıcı fintex platforması m10 qlobal kriptobirja Binance ilə birgə milli valyutada, Azərbaycan manatında (AZN) birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir. Bu xidmət m10 və Binance hesabları arasında vəsaitlərin birbaşa yatırılması və çıxarılmasını mümkün edir, tam şəffaflıq, təhlükəsizlik və vasitəçilərin olmamasını təmin edir, eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Bankının tənzimləyici “sandbox” çərçivəsində fəaliyyət göstərərək KYC/AML (Müştərini Tanı və Pulun Yuyulmasına Qarşı Mübarizə) tələblərinə riayət edir. Bundan əlavə, Binance P2P platformasında AZN üzrə əməliyyatlar üçün “M10 – Instant” ani ödəniş üsulundan fəal istifadə olunur ki, bu da yerli bazar üçün köçürmələri daha sürətli və rahat edir.
Kripto-maliyyə məhsullarının milli ödəniş ekosisteminə inteqrasiyası istiqamətində atılan bu cür praktiki addımlar rəqəmsal aktivlərin dayanıqlılığı, likvidliyi və tənzimləyici nəzarəti kimi qlobal mövzularda marağı daha da gücləndirir.
Etibar - bazarın infrastruktur parametri
İlin əsas tendensiyalarından biri etibarın institusional səviyyədə dərk olunmasıdır. Bazar tədricən reputasiya göstəricilərindən və ictimai bəyanatlardan kəmiyyətcə ölçülə bilən indikatorlara - platformaların dayanıqlığına, nəzarət mexanizmlərinin keyfiyyətinə və sistemli nasazlıqların qarşısını alma qabiliyyətinə üstünlük verməyə başlayır.
2025-ci ildə etibar getdikcə infrastruktur elementi kimi şərh olunur; yəni tənzimləyici icazələrin, risklərin idarə edilməsi prosedurlarının, komplayens mexanizmlərinin və əməliyyat dayanıqlığının məcmusu kimi. Bu baxımdan kripto-platformaların getdikcə fintex tətbiqləri ilə deyil, ənənəvi ticarət meydançaları ilə müqayisə olunması olduqca göstəricidir.
Qanunsuz maliyyə axınları ilə birbaşa qarşılıqlı əlaqənin azalması, antifraud sistemlərinin səmərəliliyinin artması və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq bazarda daha geniş bir dönüşü əks etdirir: nəzarət artıq xarici tələb kimi deyil, iri bazar iştirakçılarının rəqabət modelinin ayrılmaz hissəsi kimi formalaşır.
Likvidlik bazarın yetkinliyinin əksi
Əgər etibar infrastrukturun “onurğa sütununu” formalaşdırırsa, likvidlik onun funksional əsasını təşkil edir. Məhz likvidlik ticarətin real keyfiyyətini, order kitabının dərinliyini, qiymətlərin dayanıqlığını, icranın etibarlılığını və bazarın struktur pozuntuları olmadan volatilliyi udmaq qabiliyyətini müəyyən edir.
2025-ci ildə ümumi ticarət həcmlərinin artımı təkcə mütləq göstəricilərin yüksəlməsi ilə deyil, həm də iştirakçıların aktiv bazasının genişlənməsi ilə müşayiət olunmuşdur. Orta gündəlik aktivliyin artması və ticarət alətlərinin şaxələndirilməsi likvidliyin məhdud sayda baza aktivlərində cəmlənməsindən tədricən uzaqlaşmanı göstərir.
Bu proses makroiqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır, çünki bazar kəskin kapital axınlarına qarşı daha az həssas olur və ayrı-ayrı risk nöqtələrindən asılılığı azaldır ki, bu da qlobal maliyyə qeyri-müəyyənliyi şəraitində xüsusilə kritikdir.
Web3-diskoveri və cəlbetmənin yeni məntiqi
Yeni layihələrə istifadəçi giriş mexanizmlərinin transformasiyası xüsusi diqqətə layiqdir. 2025-ci ildə bazar getdikcə daha aydın şəkildə klassik “listing hadisə kimi” modelindən daha mürəkkəb, ekosistem əsaslı seçim və müşayiət məntiqinə doğru istiqamətlənir.
Discovery alətləri artıq sadəcə vitrin funksiyası daşımır, əsasən filtrasiya rolunu yerinə yetirməyə başlayır. Bu seqmentin miqyasının genişlənməsi iştirak keyfiyyətinə dair tələblərin sərtləşməsi ilə müşayiət olunur ki, bu da spekulyativ və avtomatlaşdırılmış davranışın payını azaldır. Əslində, ekosistem daxilində diqqətin və kapitalın bölgüsünə cavabdeh olan bazar infrastrukturunun yeni bir qatı formalaşır.
İnstitusional kapital: test mərhələsindən istismar mərhələsinə keçid
2025-ci ildə institusional iştirak qəti şəkildə pilot proqramlar mərhələsindən əməliyyat inteqrasiyası mərhələsinə keçmişdir. Kripto-infrastruktur getdikcə daha çox tətbiqi vəzifələrin - likvidliyin idarə olunması, hesablaşmaların təmin edilməsi, təminatla iş və strukturlaşdırılmış məhsulların istifadəsi - həlli üçün tətbiq olunur.
OTC seqmentinin genişlənməsi, fərdiləşdirilmiş hesab modellərinin inkişafı və tokenləşdirilmiş aktivlərin girov kimi istifadəsi ənənəvi maliyyənin arxitekturasının mənimsənildiyini əks etdirir. Bu kontekstdə əsas meyar interfeysin universallığı deyil, platformanın institusional iştirakçıların mövcud biznes proseslərinə inteqrasiya olunma qabiliyyətidir.
Gündəlik istifadə ssenariləri və kriptoxidmətlərin “banklaşması”
Paralel olaraq rəqəmsal aktivlərin gündəlik istifadəsi tendensiyası güclənir. Fиат şlüzlərinin genişlənməsi, P2P əməliyyatlarının artması, ödəniş xidmətlərinin və gəlirlilik məhsullarının inkişafı elə bir istifadəçi təbəqəsi formalaşdırır ki, onlar üçün kripto artıq investisiya aləti deyil, hesablaşma və dəyərin saxlanılması infrastrukturu funksiyasını daşıyır. Bu proses kripto-platformaları klassik maliyyə institutlarına daha da yaxınlaşdırır, rəqabəti təkcə treyderlər uğrunda deyil, həm də sabitliyə, əlçatanlığa və aydın maliyyə ssenarilərinə üstünlük verən kütləvi istifadəçi uğrunda gücləndirir.
Nəticə
2025-ci ilin nəticələri göstərir ki, rəqəmsal aktivlər bazarı struktur yetkinliyi mərhələsinə daxil olur. Miqyas artıq özlüyündə məqsəd deyil. O, tənzimləməyə, idarə olunan risklərə, dayanıqlı likvidliyə və düşünülmüş istifadəçi dizaynına söykənməlidir. Kripto-infrastruktur qlobal maliyyə sisteminə getdikcə daha aydın şəkildə inteqrasiya olunur, onun tələblərini və həssas nöqtələrini əks etdirir.
Rəqəmlər, metodologiya və məhsullar üzrə daha detallı kəsimlər bazarda 2025-ci ildə baş vermiş dəyişiklikləri daha dərindən qiymətləndirməyə imkan verən Binance-in tam illik hesabatında təqdim olunmuşdur.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see144

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see141

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri