Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

2025 ci ilin yay dəbi: Enli geyinməklə də incə görünmək olar

2025 ci ilin yay dəbi: Enli geyinməklə də incə görünmək olar

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bu il dəbdə olan rəng yaşıl və onun çalarlarıdır. İlan ili olduğuna görə. Klassik rənglərdən, həmişə olduğu kimi, ağ və qara liderliyi qoruyur. Çünki çox rahat rənglərdir. Hər zaman hər yerdə istifadə etmək olur. Sadəcə, yayda ağ işığı daha çox neytrallaşdırdığı və istini özünə çəkmədiyi üçün yayın vazkeçilməzi hesab etmək olar.

Parçalara gəldikdə isə 2025-ci ilin yayında daha çox ipək və kətan materiallardan istifadə etməyi məsləhət görərdim. Çünki təbii materiallar daha çox hava buraxır və sərin saxlayır".

Bunu Oxu.Az-a müsahibəsində tanınmış modelyer-dizayner Zümrüd Mirzəliyeva deyib. Dizayner bu yay dəbdə olacaq rənglər, materiallar, naxışlar və formalar barədə danışıb. Müsahibəni təqdim edirik.

- Zümrüd xanım, bu yayın dəbində naxışların hansısa rolu varmı?

- Bəli, mütləq şəkildə var. Çünki məsələn, yayda dərimiz daha çox Günəş şüalarına məruz qaldığı üçün paltarın naxışlarını da dərimizin rənginə uyğun seçməliyik. Rəng çox önəm daşıyır. Açıq rənglər yayda daha gözəl, daha cazibədar görünür. Məsələn, qarabuğdayı xanımlar açıq və əlvan rənglərdən istifadə edəndə daha gözəl görünürlər. Naxışlara gəldikdə isə qarışıq və öz milli naxışlarımıza üstünlük versələr, çox gözəl görünər.

Qeyd edim ki, boho üslubunda geyimlər bu il də dəbdə olacaq.

- Hazırda qarşımızda müxtəlif rəngli parçalar var və hamısı ipəkdir. Yayda ipək paltarlar daha isti olmazmı?

- İpək parçalar qışda isti, yayda isə sərin saxlayır. Ona görə rahatlıqla xanımlarımıza məsləhət görürəm ki, uzunqol geyinsinlər. Xanımların çoxu açıq geyinməyi sevmir. Özüm də çox qoluaçıq paltar sevmirəm. Rahatlıqla uzunqol tikdirib geyinə bilərlər.

- Bəs dəblə ayaqlaşmalı olsaq, qısaqol, yoxsa uzunqol paltarlara üstünlük verilməlidir?

- Ümumiyyətlə, bir yaş dövründən sonra xanımlar daha çox bağlı geyinməyi seçirlər. Bunun dəbli görünməyə aidiyyəti yoxdur. Əksinə, hazırda dəbdə daha çox şərq üslubunda olan geyimlərdir.

- Zümrüd xanım, şərq üslubu və dünyanın diktə etdiyi dəbin qaydaları - bunlar haradasa kəsişir, yoxsa şərq fəlsəfəsi dünyada təqdim olunan dəbdən fərqlidir?

- Belə bir ifadə var, deyirlər, kim çox pul versə, onun havası çalınır. (gülür) Yəni nəyə tələbat çoxdursa, dizaynerlər onu yaratmağa çalışırlar. Hazırda hətta ən məşhur brendlər belə, bağlı geyinməyi sevən xanımlar üçün geyimlər istehsal edirlər. Bunlardan isə açıq geyinməyi sevən xanımlar da məmnuniyyətlə istifadə edirlər.

- Yay dəbində əsas diqqət çəkəcək klassik elementlər hansıdır?

- Düz biçimli geyimlər. Məsələn, kişi kostyumları bir neçə ildir ki, artıq qadın qarderobunda özünə yer edib. Xanımların yay qarderobunda daha nazik materiallardan olan pencək və şalvarların yer alması məqsədəuyğundur, çünki gündəlik istifadədə çox rahatdır. Axşam da harasa getməli olanda dikdaban ayaqqabı ilə tərzi tamamlamaq mümkündür.

- Bəs aksesuar baxımından necə? Deyək ki, hansısa bir xanım daha cazibədar görünmək üçün yayın istisində hansı aksesuarlara üstünlük verə bilər?

- Nazik şərflərdən istifadə edə bilərlər. Hazırda şərflər daha aktualdır. Onu hansısa bir köynəyin üstündə bir neçə üsulla bağlayıb, müxtəlif gözəl obrazlar yaratmaq olar, istər axşam yeməyi üçün, istər gündəlik işə gedəndə. Obrazın daha cazibədar görünməsində, təbii ki, aksesuarların rolu böyükdür. Özüm də modelyer kimi, müştərilərimə tövsiyə edirəm ki, sadə geyinin, obrazınızı aksesuarlarla dəyişin. Çünki onda geyimin funksionallığı daha da artır.

- Gündəlik həyatda geyim necə olmalıdır?

- Maksimal dərəcədə rahat və keyfiyyətli. Əgər insan özünü geyimdə rahat hiss etmirsə, o, gözəl görünə bilmir. Çünki bütün fikri qalır geyiminin yanında.

- Zümrüd xanım, son illər ən çox idman üslubuna yer verilir. Bəlkə də, mənə elə gəlir. Hesab edirik ki, idman üslubu daha rahatdır. Necə düşünürsünüz, yay aylarında idman üslubu öz hegemonluğunu saxlaya biləcək, yoxsa ətəklər və donlar ön plana keçəcək?

- Bilirsiniz, xanımlar hər zaman gözəl görünmək istəyirlər. Amma doğru vurğuladınız, insanlar çalışırlar ki, geyimləri rahat olsun. Pandemiya dövründə də biz o qədər idman üslubunda geyindik ki, artıq dikdaban geyinəndə özümüzü narahat hiss etməyə başlayırıq. (gülür) Ona görə də mən də öz kolleksiyamda bunu nəzərə alaraq çalışıram elə geyimlər yaradım ki, onları geyinəndə hər cür - istər dikdaban, istər yastıdaban, istər idman ayaqqabısı (krosovka) geyinmək mümkün olsun.

- Ayaqqabıdan söz düşmüşkən, moda dünyasında ona da baxış dəyişibmi?

- Bəli, çox dəyişib. Əvvəllər heç vaxt podiumlarda idman üslubunda ayaqqabı görmək olmazdı. Hər zaman dikdabandan istifadə olunardı. Pandemiyadan sonrakı dönəmdə isə vəziyyət dəyişdi - indi podiuma krosovka da geyinirlər, ayaqyalın da çıxırlar. (gülür) Belə deyim, sanki əvvəlki tendensiyalar silinib, yerinə başqaları gəlib.

- Zümrüd xanım, əgər model podiuma ayaqyalın çıxırsa, bu, diqqət çəkmək üçündür, yoxsa yeni dəbi diktə etmək üçün?

- Dəb deyəndə... Elə geyimlər var ki, onları məhz çəkmələrlə geyinmək lazımdır. Məsələn, mənim 2024-25-ci il kolleksiyamda çəkmələri özümüz hazırlamışdıq. Düzdür, biz ayaqqabı istehsal etmirik, amma dizaynını verdik, digər Azərbaycan brendi hazırladı. Əgər o çəkmələr olmasa idi və ya işi çatdırmasaydılar, düşünürdüm ki, modelləri podiuma ayaqyalın çıxarım. Yəni elə geyimlər var ki, onlar ayaqyalın daha gözəl görünür.

- Maraqlı oldu. Bəs ayaqyalın o geyimi harada geyinmək nəzərdə tutulur, ancaq evdə?

- Yox. Dəniz qırağında geyinə bilərsiniz, məsələn. Ayaqyalın gəzmək çöl üçün deyil də, podium üçündür. (gülür)

- Bir moda dizaynerinin ilham mənbəyi nə olur? Nəyəsə əsaslanırsınız, yoxsa yalnız fantaziyanızla işləyirsiniz?

- Əlbəttə ki, əsaslanırıq. İlk olaraq demək istəyirəm ki, bu sahədə də təhsil önəmlidir. Bir dizayner, əgər geyim yaradırsa, moda tarixini mütləq şəkildə bilməlidir. Bilməlidir ki, nə nədən sonra yaranıb. Məsələn, bilməlidir ki, şalvar niyə yaranıb? Niyə xanımlar başladılar şalvar geyinməyə? Birinci dəfə qadın şalvar geyinəndə buna böyük bir tərbiyəsizlik kimi baxırdılar. Amma bu da haradasa cəmiyyətə bir çağırış idi. Yəni heç də hər xanımın işi deyildi şalvar geyinib cəmiyyət arasına çıxsın. Birinci dəfə bir jurnal şalvar geyinmiş qadın şəkli dərc etdi, sonra kimsə bir yığıncağa şalvarda qatıldı və bu çox böyük rezonans yaratdı. Amma qadınlar yenə də bunu etdilər, bu gün hamımız şalvarda gəzirik. Niyə? Çünki bu, rahatdır. Sözümü ona gətirirəm ki, sən bir şeyin yaranış tarixini bilməlisən.

- Dəbin dəyişməsinə nə səbəb olur?

- Deyim sizə ki, dünyada baş verən bütün proseslər dəbə təsir edir. Məsələn, bayaq dediyim kimi, pandemiya dövründə idman üslubu meydana çıxdı və populyarlaşdı, hərçənd əvvəllər heç də hamı küçəyə idman üslubunda çıxmağı özünə yaraşdırmazdı. Cəmiyyət də bunu düzgün hesab etməzdi. İndi isə idman üslubunda hər yerə gedə bilirik - gəzintiyə, kafeyə, işə və s. Geyimlərin özləri də dəyişib. Eyni geyimi müxtəlif üslubda istifadə edə bilirik. O ki qaldı kolleksiyanın yaradılmasına, bu zaman mütləq nədənsə ilhamlanmalısan. Onu yaratmaq üçün isə mütləq bir bünövrə olmalıdır.

- Sizin ötənilki kolleksiyanız, məsələn...

- Onu yaradanda mən istədim ki, sırf öz işimi göstərim - tikiş texnikalarımı, mümkünsüz olanı mümkün etmək texnologiyalarını. Məsələn, hamı bilir ki, ipəkdən pencək tikmək mümkün deyil, çünki ipək düz dayanmır. Deməli, onu necəsə fərqli bir görünüşə salmalısan ki, nəsə tikə biləsən.

Mən öz kolleksiyamda göstərdim ki, ipək həm bərk ola bilər, həm yumşaq ola bilər və sən ondan plastilin kimi istədiyini yarada bilərsən. (gülür) Kolleksiyamda 25-27 geyim idi, hamısında da fərqli texnikalardan istifadə etmişdim. Azərbaycan incəsənətini daha müasir üslubda insanlara çatdırmağa çalışmışdıq.

- Zümrüd xanım, necə düşünürsünüz, xanımlar şalvardan uzaqlaşıb yenidən ətəklərə qayıda bilərlərmi?

- Tam şəkildə yox, amma qismən mümkündür. Artıq 2025-ci ilin dəbində müxtəlif uzunluqlu - maksi, midi, eləcə də qısa ətəklərə rast gələcəyik.

- Yayda bunlardan hansına üstünlük veriləcək - şortlara, şalvarlara, yoxsa uzun ətəklərə?

- Bilirsinizmi, əslində, dəbin bəlli bir seçimi yoxdur. İstədiyinizi geyinə bilərsiniz. (gülür) Artıq dəb dünyasında 1970, 80, 90-cı illərdəki kimi sərhədlər qalmayıb, hamısı qarışıb bir-birinə. Məsələn, indi dəbdə olan enlibalaq şalvarlar bizə 1970-ci illərdən gəlib, banan şalvarlar isə 1980-ci illərdən. Qısa desəm, hər kəs bədəninə və getdiyi yerə uyğun geyinməlidir.

- Cazibədar görünmək istəyənlərə tövsiyəniz nə olardı?

- Dar geyimlər seçməməyi məsləhət görərdim. Çünki dar geyinmək heç də arıq görünmək demək deyil. Bu gün xanımlarımızın əsas "dərdi" odur ki, nə olur-olsun, incə görünsünlər. Amma enli geyinməklə də incə görünmək olar. Bir də söhbət yaydan gedirsə, isti havalarda gen paltarlar, boş geyimlər daha rahat olur.

Daha çox foto burada: Photostock.az

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri