Icma.az
close
up
RU
2025ci il müəyyən risklərlə müşahidə oluna bilər MÜNASİBƏT BİLDİRİLDI

2025ci il müəyyən risklərlə müşahidə oluna bilər MÜNASİBƏT BİLDİRİLDI

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanda 2025-ci ilin iqtisadi gözləntiləri keçən ildən elə də ciddi fərqlənməyək. Ötən il minimum əmək haqqı və pensiya sabit saxlanılmışdı, amma bu il minimum əmək haqqı 280 manatdan 300 manata, daha sonra isə 345 manatdan 400 manata qaldırıldı. Minimum əmək haqqının artırılması vahid ştat cədvəlində aşağı səviyyədən birinci yerdədir. Məsələn 5-ci kateqoriya keçən il heç 400 manata çatmırdısa, indi 1-ci kateqoriya 400 manata çatıb və artıq 5 ci kateqoriya 450-460 manata çatmalıdır. Dövlət büdcəsindən əmək haqqı alan bütün vətəndaşlarımız üçün 12-14 faiz arası artım gözlənilən olacaq. Bunlar olmalıdır ki, minimum əmək haqları birinci yerdə qala bilsin". Bu sözləri Liberal İqtisadçılar mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, biz digər ştat cədvəlindəki kateqoriyalara əlavələr etməsək, o zaman əmək haqqı 6-7-ci kateqoriyalara gedib çıxacaq: "Bu isə ümumiyyətlə metodologiyanın dəyişməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, büdcə təşkilatlarından əmək haqqı alan vətəndaşlarımız üçün 12-14 faiz artacaqdır. Digər tərəfdən əmək pensiyalarının indeksasiyası ötən ilə nisbətən bir qədər aşağı rəqəmlərlə müşahidə olunacaq. Keçən il indeksasiya 11 faizə bərabər idi, amma bu il 8 faizə bərabər olması gözlənilir. Çünki bu orta aylıq əmək haqqının artım tempinə əsasən hesablanır, son 1 ildə orta aylıq əmək haqqı 8 faiz artıb. Digər göstəricilərdən minimum ehtiyac meyarı və səbətidə müəyyən qədər artıb. Bu göstəricilərin artması ünvanlı sosial yardımın orta məbləğinin yüksəlməsinə gətirib çıxaracaq.Bununla yanaşı qarşıdakı 2025-ci il müəyyən risklərlə müşahidə oluna bilər. Dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülüb, hal-hazırda isə qiymət 70 dolların üzərindədir. Büdcə müzakirələri zamanı neftin qiyməti 73 dollar idi, indi isə 78 dollara qalxıb. Amma məsələ burasındadır ki, dünyada gedən geosiyasi proseslər bu rəqəmin, yəni dövlət büdcəsində neftin qiymətinin 70 dollar götürülməsi riskini artırır. Hesab edirəm ki, ilin ikinci rübündən sonra yaxud sonlarına yaxın neftin qiyməti kəskin ucuzlaşa bilər. Bu da dünyada gedən geosiyasi proseslərdən asılı olacaqdır".İqtisadçı onu da fikirlərinə əlavə edib ki, ilin büdcədən asılı olmayan, iqtisadiyyata təsir edən amillərdən biri qışın zəif keçməsidir: "Yəni qışın mülayim keçməsi torpaqda zərərvericilərin artmasına səbəb olur və erkən yazda dərhal bitkiçiliyə zərər vuracaq. Qarşıdakı həftələrdə və aylarda qar yağmasa, şaxta düşməsə kənd təsərrüfatı üçün imtahan ilinə çevriləcək. Bu da məhsuldarlığın aşağı olmasına, kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb ola bilər. Bunlardan başqa Azərbaycan iqtisadiyyatında hər hansı bir yeniliyin olacağına ümid etmirəm. Amma bir məsələni də qeyd edim ki, ötən il keçirilən Cop29-dan sonra alternativ enerji mənbələrinə meyil, onların inkişaf etdirilməsi hiss olunur. Bu il büdcədən həmin məsələyə xeyli vəsait ayrılıb".

Müəllif: Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri