Icma.az
close
up
RU
2025ci il müşahidə ediləcək 9 möhtəşəm təbiət hadisəsi

2025ci il müşahidə ediləcək 9 möhtəşəm təbiət hadisəsi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsanlar tarix boyu göy üzünü müşahidə edib, havanın temperaturu, təbii fəlakətləri təxmin edib. Hətta səmada baş verən hadisələrə xüsusi adlar da verir və taleyləri ilə əlaqələndirirlər.

Texnologiyanın inkişafı ilə artıq göy üzündə baş verən hadisələri əvvəlcədən bilmək, səbəbini öyrənmək mümkündür. Hər il olduğu kimi astrofiziklər bu ilin - 2025-ci ilin Yer kürəsindən müşahidə olunacaq təbiət hadisələri haqqında məlumat veriblər.

Modern.az bu il baş verəcək təbiət hadisələrini təqdim edir. 

Saturn və Venera birləşməsi – 18 yanvar

2025-ci il ilin ilk ayı Veneranın müşahidəsi ilə yadda qalacaq. Belə ki, yanvar ayının 3-ü Ay və Veneranın qovuşmasından sonra, 18-i Saturun planeti ilə Veneranın yaxınlaşmasını görəcəyik. Bu təbiət hadisəsini görmək üçün axşam saatlarında qərb üfüqünə baxmaq lazım olacaq. 


Tam Ay tutulması və Qanlı Ay - 14 mart

2025-ci ilin martında, göy üzündə tam Ay tutulmasını və Qanlı Ayı müşahidə etmək mümkün olacaq. 14 Mart tarixində Ay Yer ilə Günəş arasından keçərək tam bir tutulma yaşayacaq. Bu, Ayın rənginin qırmızıya dönməsi ilə məşhur olan Qanlı Ay hadisəsini yaradacaq.

Bu təbii hadisəsi adi gözlə görmək o qədər də asan olmayacaq. Yalnız ən yaxşı müşahidə şərtlərində və qaranlıq bir yerdə izləyə bilərsiniz.


Yarı Günəş tutulması – 29 mart

2025-ci il səma hadisələri ilə zəngin bir il olmağa davam edir. 29 martda Günəşin qismən tutulmasına şahidlik edəcəyik. Bu tutulma yalnız müəyyən bölgələrdən izlənə biləcək. Ayın Günəşin böyük bir hissəsinin qarşısından keçərkən qismən qaranlıq yaradacaq. 


Ay və Merkurinin görüşü – 26 iyun

İyun ayının son həftəsində gecə səması Ay və Merkurinin bir araya gəldiyi möhtəşəm bir mənzərəyə şahid olacaq. Bu nadir hadisə, üfüqə yaxın nöqtədə baş verəcəyi üçün izləmək üçün yaxşı görüş bucağından baxılmalıdır. Bu səma hadisəsini teleskopla yanaşı adi gözlə də fərq edilə biləcək dərəcədə görmək mümkün olacaq. Planetlərin bu görüşü “göy üzündə rəqs edən iki dost” hissi yarada bilər. 


 

Venera və Yupiterin yaxın qarşılaşması – 12 avqust

Avqust ayında, göy üzündəki iki böyük planetin göz alıcı yaxınlaşmasına şahid olacağıq. 12 avqustda, Venera və Yupiter o qədər yaxınlaşacaq ki, sanki bir-birlərini çəkirlərmiş kimi hiss yaranacaq. Bu nadir hadisə gecə saatlarında rahatlıqla izlənə biləcək. 


İlin ikinci Ay tutulması və Qanlı Ayı – 7 sentyabr


2025-ci ilin sentyabr ayında, Ay tutulması və Qanlı Ay səmada möhtəşəm bir görüntü təqdim edəcək. 7 sentyabr gecəsi Ay, dünyamızın kölgəsinə tamamilə daxil olacaq və parlaq qırmızı rəngə boyanacaq.


Ay, Venera və Regulus birləşməsi  – 19 sentyabr


2025-ci ilin sentyabrında, 19-u  Ay, Venera və Regulus – süd yolu qalaktikasının ən parlaq 21-ci ulduzu bir-birinə çox yaxınlaşacaq və göy üzündə nadir bir görüntü yaradacaq. Regulus, Şir bürcünün ən parlaq ulduzlardan biridir, Ay və Venera ilə bu ulduzun bir araya gəlməsi təbiət hadisəsi olaraq nadir rastlanır. Bu hadisəyə hava və işıq çirkliliyi olmayan bir yerdə izlənildiyi təqdirdə şahidi olmaq mümkün olacaq.


Saturun halqalarının itməsi – 8 noyabr
2025-ci ilin 8 noyabrında, Saturun planetinin halqalarının “itməsi” kimi nadir astronomik hadisə reallaşacaq. Bu, planetin yerdən görünüşünün dəyişəcəyi üçün baş verəcək. Yəni planetin halqalarını biz görməyəcəyik. Bu hadisə Saturunla Yer kürəsi arasında bucaq dəyişikliyi səbəbi ilə teleskopla baxıldığında halqalar qeyri-şəffaf olacaq və əslində halqaların bir çoxu gözlə görünməyəcək. 


Geminid meteorit yağışı zirvəyə çatır – 13, 14 dekabr

2025-ci ilin 13 və 14 dekabrında, Geminid meteorit yağışı ən yüksək nöqtəsinə çatacaq və bu, ilin ən parlaq və aktiv meteor yağışlarından biri olacaq. Bu meteor yağışı, bir çox meteoritin atmosferə girərək yanmasına səbəb olacaq. Bu hadisəni izləmək üçün, qaranlıq və işıqsız bir yer seçmək ən yaxşısıdır. Meteorlar, yerli vaxtla gecə yarısı və səhərə yaxın daha sıx olacaq. 


 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri