Icma.az
close
up
RU
2025ci ilin ən fərqli üslublu gəlinlik modelləri FOTOLAR

2025ci ilin ən fərqli üslublu gəlinlik modelləri FOTOLAR

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Gəlinlik modası hər il dəyişir, yenilənir və hər bir gəlinin özünü xüsusi hiss etməsi üçün unikal seçimlər təqdim edir. 2025-ci ildə dəb aləmi daha yaradıcı yanaşmalarla gəlinlik dünyasına yeni nəfəs gətirir. Klassik üslubların müasir toxunuşlarla yenidən işlənməsi, qeyri-adi detalların ön plana çıxması və gəlinlərin fərdiliyini vurğulayan modellər bu ilin əsas tendensiyalarını təşkil edir.

Lent.az 2025-ci ilin ən dəbdəbəli və göstərişli gəlinlik modelləri ilə bağlı apardığı araşdırmanı sizlərə təqdim edir:

 Şübhəsiz hər bir qız uşaq vaxtından gəlinlik xəyalları qurur. Hətta bir çoxlarımız həvəsimizi azda olsa alaq deyə, bağçada və məktəbdə olan yeni il şənliklərində qar qızı olmaq üçün can atmışıq. Çünki, çox yaxşı bilirdik ki, ağ gəlinliyi geyindiyimiz andan etibarən bütün gözlər və diqqət üzərimizdə olacaq. Özəl və cazibədar olduğunu hiss etmək və seçilmək hər bir Qadının kimyasında var. Elə, buna görə də gəlin olduğumuz zaman hər şeyin ən gözəl və fərqli olması üçün çalışırıq. Bizlərdə gəlinlərimizin işini daha da asanlaşdırmaq üçün 2025-ci ilin ən yeni trend modellərini araşdırdıq.

1. Minimalizm: Sadəlikdəki möhtəşəmlik

 2025-ci ildə minimalizm gəlinlik dünyasının əsas meyillərindən biridir. Parlaq daş-qaşlardan və bəzəkli naxışlardan uzaq sadə kəsimlər, mükəmməl uyğun oturan siluetlər və təmiz xətləri ilə bu üslub, incə zövqə sahib gəlinlər üçün xüsusi olaraq nəzərdə tutulub. Minimalist gəlinliklər, xüsusən də sadə, lakin təsirli bir görünüş yaratmaq istəyənlər üçün əvəzolunmaz seçimdir.

2. Təbii Rənglər: Ənənəvi ağdan kənara çıxmaq

 Ənənəvi ağ gəlinliklər hələ də dəbdə olsa da, 2025-ci ildə pastel tonlar və digər yumşaq rənglər daha geniş yayılacaq. Şampan, krem, tozlu çəhrayı, açıq mavi və hətta açıq lavanda kimi rənglər gəlinlərin fərdiliyini ifadə etməyə imkan verəcək. Xüsusən də bu rənglər, açıq havada və ya qeyri-adi məkanlarda keçirilən toylar üçün ideal seçimdir.

3. Uzun Qollu Gəlinliklər: Retro və zəriflik

 Retro üslub son illərdə moda dünyasında böyük rol oynayır və 2025-ci ildə də gəlinlik modasına təsir edir. Uzun qollu gəlinliklər, xüsusən də incə naxışlı krujeva ilə hazırlanmış modellər, həm vintaj atmosferini, həm də müasir zərifliyi bir araya gətirir. Bu modellər, klassik və aristokratik görünüş yaratmaq istəyən gəlinlər üçün idealdır.

4. Şəffaf və Transparan detallar

 Transparan gəlinliklər bu ilin əsas yeniliklərindən biridir. Şəffaf detallar, xüsusən də kürək, çiyin və qol bölgələrində tətbiq edilərək, gəlinliklərə həm modern, həm də cəsarətli bir görünüş qazandırır. Şəffaf parçalar üzərində əl işi naxışlar və ya incə krujeva detallar gəlinliyin həm cazibədar, həm də şıq görünməsini təmin edir.

5. 3D Çiçək Motivləri və detallar

 2025-ci ildə gəlinliklərdə üçölçülü çiçək motivləri çox populyar olacaq. Tül üzərində yerləşdirilmiş 3D çiçəklər gəlinliyə romantik və nağılvari bir görünüş bəxş edir. Xüsusilə də təbii məkanlarda təşkil olunan toylar üçün bu cür detallar unikal atmosfer yaradır.

6. Kəsiklər və asimmetrik dizaynlar

 Asimmetrik kəsimlər və cəsarətli kəsiklər 2025-ci ilin cəsarətli gəlinləri üçün nəzərdə tutulmuşdur. Bu dizaynlar, gəlinliklərə həm müasirlik, həm də fərdi üslub əlavə edir. Uzun kəsiklər gəlinlərə güvənli bir görünüş təqdim edir.

 2025-ci ilin gəlinlik modelləri həm ənənəvi, həm də müasir zövqlərə xitab edən geniş çeşidli dizaynlarla doludur. Hər gəlinin öz unikal tərzini tapması üçün bu ilin modası bol seçim təqdim edir. İstər sadə və minimal üslubda, istər rəngli və dinamik, istərsə də romantik və nağılvari gəlinliklər arasında siz də özünüzə uyğun modeli seçə bilərsiniz.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri