Dostları ilə içib, sevgilisini döydü Aytən kafeyə gəldi, İslam onu da masaya dəvət etdi
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
abunçuda 44 yaşlı kişi sevgilisinə xəsarət yetirib
Bakının Sabunçu rayonunda 44 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 8-də Ramana qəsəbəsində, Samir Əliyev küçəsində yerləşən adsız kafenin yaxınlığında baş verib. Kəlbəcər rayon sakini, 1982-ci il təvəllüdlü Əhliman həmin gün saat 17 radələrində əvvəllər sevgili münasibətində olduğu Aytən (adlar şərtidir – red.) ilə mübahisə edib. Məlumata görə, mübahisə Aytənin nalayiq ifadələr işlətməsi səbəbindən yaranıb. Mübahisə zamanı Əhliman qəsdən əli ilə bir neçə dəfə Aytənin baş nahiyəsinə zərbə endirib. Hadisəni törədən Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Şuşa şəhərciyində, nömrəsiz fərdi yaşayış evində yaşayır:
“Aytən ilə təxminən 10 il müddətində sevgili münasibətində olmuşam. Təxminən bir il əvvəl münasibətlərimizə son qoymuşuq. Oktyabrın 8-də, saat 12 radələrində adı məlum olmayan kafedə dayım oğlu İslam, dostlarım Müslüm və Namiqlə görüşərək masa arxasında əyləşdik və spirtli içki qəbul etməyə başladıq. Bu zaman Aytən kafeyə gəldi, İslam onu da masaya dəvət etdi. Yeyib-içdiyimiz vaxt Aytənin sərxoş vəziyyətdə barəmdə xoşagəlməz ifadələr işlətdiyini gördüm və ona xəbərdarlıq etdim. Lakin o, sözlərimə məhəl qoymadı”.
Təqsirləndirilən şəxs bildirib ki, təxminən saat 17 radələrində Aytəni kafenin kənarında, kimsənin görüb-eşitmədiyi bir yerə çağıraraq iradlarını bildirib:
“Söhbət zamanı Aytən yenidən ünvanıma nalayiq ifadələr işlətdi. Bu səbəbdən qəzəblənərək əlimlə bir neçə dəfə onun baş nahiyəsinə zərbələr endirdim”.
Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkmiş şəxs ona qarşı şikayətini geri götürərək təqsirləndirilən şəxsi bağışladığını bildirib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Əhlimanın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:99
Bu xəbər 23 Yanvar 2026 21:45 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları