Icma.az
close
up
RU
2026 cı ildə istirahət üçün Avropanın ən yaxşı adaları (SİYAHI)

2026 cı ildə istirahət üçün Avropanın ən yaxşı adaları (SİYAHI)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əgər Avropa adalarından birində tətil keçirmək istəyirsinizsə, lakin istiqamət seçməkdə çətinlik çəkirsinizsə, "Saga Holidays" şirkətinin yeni araşdırması seçim etməyə kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, turizm şirkətinin mütəxəssisləri Avropanın 80 adasını üç əsas meyar üzrə təhlil ediblər: hava şəraiti (günəşli günlərin sayı, yağıntılar, külək və rahat temperatur), qastronomik istirahət imkanları (adanın sahəsi nəzərə alınmaqla restoran, kafe və barların sayı), eləcə də yaşıllıq zonalarının və təbii ərazilərin miqdarı.

Yekun qiymətləndirmə zamanı ən böyük pay təbiət amilinə verilib – 45 faiz. Hava şəraiti 35 faiz, qastronomiya isə 20 faiz təşkil edib.

Araşdırmanın nəticələrinə əsasən, ən yaxşı onluğa əsasən İspaniya və Xorvatiya adaları daxil olub. Onlar reytinqdəki 10 yerdən 9-nu tutub.

2026-cı ildə istirahət üçün Avropanın ən yaxşı adaları

Reytinqin qalibi Kanar adalarının ən böyüyü olan Tenerif adası olub. Ada mümkün 100 baldan 95 bal toplayıb. "Saga Holidays" qeyd edib ki, Tenerifeyə birinci yeri mənzərəli təbii landşaftlar, keyfiyyətli yerli mətbəx və günəşli günlərin çoxluğu qazandırıb.

İkinci yeri La Palma adası tutub – 94 bal. Bu ada zəngin təbiəti və davamlı inkişaf prinsiplərinə sadiqliyinə görə tez-tez "La Isla Bonita" ("Gözəl ada") adlandırılır və UNESCO-nun biosfer qoruğu statusuna malikdir.

Üçüncü yerdə Portuqaliyanın Madeyra arxipelaqı qərarlaşıb – 93 bal. Burada UNESCO-nun Dünya Təbii İrs Siyahısına daxil edilmiş unikal Laurisilva dəfnə meşəsi yerləşir.

İlk beşliyə həmçinin iki Xorvatiya adası – orta əsr Korçula və aktiv istirahət həvəskarları üçün ideal sayılan mənzərəli Mljet daxil olub.

Avropanın ən yaxşı 10 adası

1. Tenerif (Kanar adaları, İspaniya) – 95/100;

2. La Palma (Kanar adaları, İspaniya) – 94/100;

3. Madeyra (Portuqaliya) – 93/100;

4. Korçula (Xorvatiya) – 92/100;

5. Mljet (Xorvatiya) – 90/100;

6. Mallorka (Balear adaları, İspaniya) – 89/100;

7. Loşin (Xorvatiya) – 88/100;

8. Braç (Xorvatiya) – 87/100;

9. Qran-Kanariya (İspaniya) – 86/100;

10. La Qomera (İspaniya) – 85/100.

Avropada ən yaxşı hava şəraiti haradadır?

Ən yaxşı hava şəraiti kateqoriyasında ilboyu mülayim iqlimi ilə tanınan Kanar adaları lider olub. Birinci yeri yenidən Tenerif adası tutub və 100 baldan 88 bal alıb.

İlk üçlük belə sıralanıb:

* Tenerif – 88/100;

* La Qomera – 86/100;

* Qran-Kanariya – 85/100.

Bundan əlavə, Kanar arxipelaqı əlverişli iqlimi, təbiəti və turizm infrastrukturu sayəsində Avropanın ən yaxşı arxipelaqı seçilib.

Qastronomik turizm üçün ən yaxşı adalar

Səfərin əsas məqsədi mətbəxlə tanışlıqdırsa, ən yaxşı seçim İtaliya adaları hesab olunur.

Lider üçlüyə aşağıdakılar daxil olub:

* Kapri – 75/100;

* Sardiniya – 66/100;

* Santorini (Yunanıstan) – 65/100.

Kapridə turistlərə ənənəvi "Kapreze" salatını, eləcə də pendir, parmezan və mərzə ilə hazırlanan içlikli təzə makaron növü olan yerli kapreze raviolisini dadmaq tövsiyə olunur.

Avropanın ən yaşıllıqla zəngin adaları

Ən çox təbii əraziyə malik adaların reytinqinə Xorvatiya başçılıq edib.

İlk üçlükdə yer alan adalar:

* Mljet (Xorvatiya) – 86/100;

* Madeyra (Portuqaliya) – 85/100;

* Korçula (Xorvatiya) – 83/100.

Qeyd olunur ki, Mljet adası tez-tez "Yaşıl ada" adlandırılır. Dubrovnik və Split kimi məşhur yerlərlə müqayisədə turistlər arasında daha az tanınsa da, ekspertlər onu Xorvatiyanın təbiəti ilə tanış olmaq istəyənlər üçün ideal məkan hesab edirlər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyul 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri