2026 cı ildə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərə 1,2 milyard manat vəsait ayrılacaq
Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 1,2 milyard manat vəsait ayrılacaqdır. Aqrar sektora gələn il üçün ayırmalar proqnozlaşdırılan aqrar ÜDM-in 15 faizinə çatacaqdır”.
Marja xəbər verir ki. bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə, o cümlədən subsidiyalara, kənd təsərrüfatı texnikası və avadanlıqlarına, habelə suvarma sistemlərinə güzəştlərə yönəldiləcəkdir.
Kənd təsərrüfatı xərclərinin 40 faizi və ya 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 faizi və ya 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulmuşdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















