Icma.az
close
up
RU
2026 cı ilin ən yaxşı paltaryuyan maşınları

2026 cı ilin ən yaxşı paltaryuyan maşınları

Icma.az bildirir, Lent az portalına istinadən.

Yeni paltaryuyan maşın alarkən istehsalçının nüfuzuna diqqət yetirmək vacibdir. Etibarlılıq əsas meyarlardan biridir. Bu cihazlar gündəlik məişətdə böyük yüklə işləyir və biz artıq paltaryuyan maşının uzunömürlü olması üçün nə etməli olduğumuzu yazmışıq. Lakin ən yaxşısı əvvəlcədən uzun istismar müddətinə hesablanmış modeli seçməkdir.

Lent.az xarici mediaya istinadən hazırda ən etibarlı paltaryuyan maşınların siyhısını təqdim edir. 

Speed Queen

Amerikanın Speed Queen istehsalçısı ön yükləməli modellər arasında etibarlılığa görə ikinci yeri tutur, lakin aktivatorlu (şaquli barabanlı) maşınlar kateqoriyasında liderdir. Onlayn sorğularda Speed Queen sahiblərinin rəyləri orta hesabla ən yüksək olub.

Şirkət bildirir ki, texnikası təxminən 25 illik istismar üçün nəzərdə tutulub və istifadəçi rəyləri bunu təsdiqləyir.

Brendin ən yaxşı modeli – Speed Queen TC5003WN-dir. Lakin yüksək etibarlılığa baxmayaraq, enerji səmərəliliyi və səs səviyyəsi baxımından rəqiblərindən geri qalır.

Miele

Almaniyanın Miele şirkəti yalnız kompakt maşınlar kateqoriyasında təmsil olunur, lakin əla nəticələr göstərir. Etibarlılığa görə kompakt maşınlar arasında ikinci, sahiblərin məmnunluğu üzrə isə birinci yerdədir.

İstifadəçilər Miele texnikasının müstəsna davamlılığını qeyd edirlər – təxminən 30 il təmirsiz işləyən modellər haqqında rəylər var.

Aparıcı modellər – Miele WXF660WCS, WXI860WCS və WXR860-dır. Kompakt ölçülər daha az tutum və daha uzun yuma dövrü deməkdir, həmçinin qiyməti daha yüksəkdir. Lakin etibarlılıq baxımından bazarda ən yaxşılar sırasındadır.

Asko

Skandinaviya brendi Asko lüks istehsalçılar siyahısında kompakt modellər arasında etibarlılığa görə beşinci yeri tutur. Sahiblərin məmnunluq səviyyəsi bəzi daha məşhur rəqiblərdən yüksəkdir.

Ən yaxşı model – Asko W4114CW-dir. Yuma keyfiyyəti və effektivliyə görə yüksək qiymət alıb, lakin incə yuma və vibrasiya göstəricilərində zəifdir. Premium seqmentə aid olduğu üçün qiyməti də yüksəkdir.

Electrolux

İsveçin Electrolux şirkəti ön yükləməli və kompakt modellər arasında etibarlılığa görə üçüncü yerdədir. Sahiblərin məmnunluğu isə orta səviyyədədir.

Electrolux ELFW4222AW (kompakt) modeli yüksək yuma keyfiyyəti və qənaətcilliyinə görə Green Choice statusu alıb. Wirecutter bölməsində də ləkə çıxarma effektivliyi və kompakt sinif üçün nisbətən böyük tutumu qeyd olunub.

Samsung

Samsung modelləri tez-tez ən etibarlı paltaryuyan maşınlar kimi təqdim olunsa da, amerikalı istifadəçilərin rəyləri daha qarışıqdır.

Şirkət aktivatorlu maşınlar arasında üçüncü, kompakt modellər arasında isə dördüncü yeri tutub. Digər kateqoriyalarda göstəricilər aşağı olub.

Brendin ən yaxşı modeli – ön yükləməli Samsung Bespoke WF90F53ADS-dir. Yuma keyfiyyəti və su səmərəliliyinə görə yüksək bal alıb, baxmayaraq ki, istifadəçi rəyləri qarışıqdır.

Hotpoint

Amerikanın Hotpoint brendi aktivatorlu maşınlar kateqoriyasında etibarlılığa görə dördüncü yeri tutur.

Hotpoint HTW265ASWWW modeli enerji və su səmərəliliyinə görə yaxşı qiymətləndirilib, lakin istifadəçilər yüksək səs səviyyəsini qeyd edirlər.

Ucuz modellər arasında ən yaxşı paltaryuyan maşın – mütləq lider Cənubi Koreyanın LG şirkəti ən etibarlı paltaryuyan maşın brendi kimi tanınıb. Siyahıda dörd kateqoriyanın hamısında yüksək etibarlılıq göstəricisi alan yeganə istehsalçıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:460
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Fevral 2026 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri