DYP dən yaşayış zonaları ilə bağlı müraciət
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yaşayış zonasında hərəkətlə bağlı sürücülərə müraciət edib.
BDYPİ-dən Gununesi.info-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, yaşayış zonasında hərəkət ciddi məsuliyyət tələb edir:
“İnsanların yol qəzalarında həyatını itirməsi cəmiyyətdə acı təəssüf, onların doğmalarında isə unudulmayan iztirablar doğurur. Lakin, qəzalarda həyatını itirən körpələrin faciəsi hər kəsi eyni cür sarsıdır desək, yanılmarıq.
Noyabrın 22-si saat 13:00 radələrində, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarından birində, 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib. Yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açıb.
Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonlarında belə faciələr yaşanmasın deyə sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür.
Baş Dövlət Yol Polisi İdarəsi bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır”.
Baxış sayı:105
Bu xəbər 24 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















