2026 cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin ən yaxşı qapıçısı mükafatına namizəd olan 10 futbolçunun adını açıqlanıb.
Moderator.az xəbər verir ki, namizədlər arasında Yassin Bunu (“Əl-Hilal”), Tibo Kurtua (“Real Madrid”), Joan Qarsiya (“Barselona”), Qreqor Kobel (“Borussiya Dortmund”), Emiliano Martinez (“Çelsi”), Eduar Mendi (“Əl-Əhli”), David Raya (“Arsenal”), Matvey Safonov (PSJ), Unai Simon (“Atletik”) və Vozinya (“Kolo-Kolo”) yer alıb.
Siyahıda Vozinyanın adı xüsusi diqqət çəkib. 40 yaşlı qapıçı DÇ-2026-da Kabo-Verde millisinin heyətində uğurlu çıxışı ilə yadda qalıb.
Vozinya İspaniya (0:0) və Səudiyyə Ərəbistanı (0:0) ilə oyunlarda qapısını toxunulmaz saxlayıb. Uruqvayla 2:2 hesabı ilə başa çatan görüşdə isə iki qol buraxıb.
Kabo-Verde yığmasının 1/8 finalda Argentina ilə qarşılaşmasında da Vozinya bir sıra mühüm seyvlərlə yadda qalıb. Onun çıxışı sayəsində Afrika təmsilçisi uzun müddət sensasiyaya yaxın olsa da, Argentina əlavə vaxtda 3:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
Qeyd edək ki, Vozinya həmin vaxt Portuqaliyanın “Şaves” klubundan ayrıldıqdan sonra azad agent idi. O, avqustun əvvəlində Çilinin “Kolo-Kolo” klubu ilə müqavilə imzalayıb.
2025-ci ilin ən yaxşı qapıçısı mükafatını isə PSJ-nin sabiq qapıçısı Canluici Donnarumma qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 08 Sentyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















