2026 cı ilin əsas idman ayaqqabı trendi: Nə klassik, nə də... (FOTO)
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni mövsümün trendləri artıq 2026-cı ilin stilini müəyyən edəcək ayaqqabıları formalaşdırmağa başlayıb. Diqqət mərkəzinə elastik dabanlı idman ayaqqabıları (krossovka) düşüb. Moda insayderləri və ən dəbli influenserlər bu modeli artıq gündəlik obrazlarına fəal şəkildə daxil edirlər.
Qaynarinfo-nun məlumatına görə, "Who What Wear” ekspertləri proqnozlaşdırır ki, bu model qısaömürlü moda çərçivəsindən kənara çıxaraq uzunmüddətli trendə çevriləcək. O zamanla sınaqdan çıxmış lakonik formaya arxa hissədə elastik əlavə kimi yeni detalı birləşdirir. Bu detal komfort, vizual yüngüllük və aktuallıq qataraq modeli 2026-cı ilin əsas ayaqqabısı edir.

Dabanı əhatə edən elastik lent baletkaları xatırladır, buna görə də bu krossovkalar həm görünüşdə, həm də geyinmə zamanı xüsusi "zəriflik” hissi yaradır. Onlar klassik idman modellərindən daha eleqant görünür və hətta qadınsayağı obrazlarla da asanlıqla uyğunlaşır.
Bu mövsüm trendi aktiv şəkildə "Prada”, "Miu Miu” və "Chloe” kimi böyük moda evləri də dəstəkləyib. Mass-market brendlər də geri qalmayaraq daha əlçatan qiymətlərlə dəbli versiyalar təklif edirlər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 04 Yanvar 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















